ArxivFilm​QarabağSosialXəbər lentiXəbərlər

Qarabağ separatçılarının “müdafiə naziri” məhv edildi – Video

Qondarma “dqr”in “müdafiə naziri” kimi təqdim edilən terrorçu Cəlal Arutyunyan yaralanıb.

bu barədə qondarma “dqr”in terrorçu rəhbəri Araik Arutyunyan məlumat yayıb.

O bildirib ki, ağır yaralanması səbəbindən “general” vəzifəsindən kənarlaşdırılıb. Hazırda Azərbaycan ərazisindəki silahlı separatçı-terrorçulara “general-mayor” Mikael Arzumanyan rəhbərlik edir.

Araik Arutyunyan ona artıq “general-leytenant” rütbəsi verdiyini də açıqlayıb.

Qeyd edək ki, ötən gün C.Arutyunyanın məhv edildiyi haqda məlumat yayılmışdı. Əslində, A.Arutyunyanın təcili olaraq Cəlal Aurtyunyanı vəzifəsindən azad etməsi və onun əvəzinə Arzumanyanı təyin etməsi, üstəlik anında da ona “general-leytenant” rütbəsi verməsi C.Arutyunyanın məhv edildiyi xəbərini təsdiqləyir. Əks halda onun vəzifədən uzaqlaşdırılmasına və yerinə təyinat yox, “əvəzedicisi” təyin edilə və yaxud səlahiyyətlərinin müvəqqəti icrası ilə bağlı “qərar” verilərdi.

Əlavə edək ki, C.Arutyunyanın necə yaralanması, nədən müalicə olunduğu və hazırda vəziyyətinin necəliyi barədə də heç bir məlumat verilmir. Bu isə C.Arutyunyanın məhv edildiyi barədə məlumatı təsdiqləyir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button