ArxivXəbər lentiXəbərlər

AR və Rusiyanın xarici işlər nazirləri arasında telefon söhbəti

Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirləri arasında müxtəlif mövzular barədə telefon söhbəti olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu barədə deyib: Bu telefon əlaqəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov günün başlıca regional və beynəlxalq məsələləri, Xəzər dənizinin hüquqi statusu, Qarabağ münaqişəsinin həlli, həmçinin ikitərəfli həmkarlıqlar barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin yaxın gələcəkdə Bakıda ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşünün keçirilməsindən xəbər verib və belə deyib: Minsk Qrupunun həmsədrləri bu məqsədlə fevralın altısında Bakıya səfər edəcək və fevralın yeddisində bu rəsmi görüş keçiriləcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button