AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Qarabağ müharibəsi ravisi: Qarabağ müharibəsində İran Qarabağın azad olunması üçün bir neçə dəfə plan təqdim etdi

Təbrizdə keçirilən “Qarabağ münaqişəsində beynəlxalq oyunçuların rolu və münaqişənin həllində İranın potensialları” konfransında çıxış edən Qarabağ müharibəsinin canlı şahidi və ravisi həmin günlər barədə xatirələrini danışıb. Müasir tarixdən bir səhifə kimi o xatirələri qısa məzmunda sizə təqdim edirik.

Arannews-Qarabağ müharibəsində iştirak etmiş iranlı döyüşçü deyib: “Ermənistan qüvvələri Arazın şimal tərəfində Şuşa səmtindən Aslanduz, Füzuli, Ağdamdan tutmuş İmişli və Sabirabad səmtinə irəliləməyə başladıqda İran İslam Respublikası rəsmiləri və xalqı Arazın o tayından gələcək köçkünlər və dinc əhali üçün bir çarə qılmaq və düşmənin irəliləməsinin qarşısını almaq qərarına gəldilər. Bu məqsədlə məntəqəyə gələrək erməni qüvvələrinin hərəkəti barədə hər an məlumat əldə edərək ilk növbədə onların irəliləməsinin qarşısını almaq, ikinci mərhələdə isə çox acınacaqlı durumda olan müharibə köçkünlərinə humanitar yardımlar göstərmək barədə tədbirlər gördülər.Qarabağ müharibəsi dövründə vəziyyət elə idi ki, hətta quru çörəyi təmin etmək belə çox çətin idi və şiddətli aclıq hökm sürürdü. Belə bir şəraitdə biz Parsabad və Aslanduz istiqamətinə yola düşdük, Mil-Muğan Su Anbarının o tərəfində erməni qüvvələrinə qarşı müqavimət göstərdik.Erməni qüvvələrinin hücumu Azərbaycan xalqı və qüvvələrinin qəlbində qorxu yaratmışdı. Azərbaycanlı qüvvələr bəzən ermənilən 50, yaxud 20 km-yə çatmasını bildikdə dərhal geri çəkilirdilər. Bu geri çəkilmələr bəzən dinc sakinlərin müharibə zonalarından çıxarılmasından qabaq baş tuturdu.Belə bir şəraitdə biz erməni qüvvələrinin mövqelərini tanımaq, azərbaycanlı dinc sakinlərə və köçkünlərə yardım çatdırmağa yollar tapmaq, habelə Azərbaycan Respublikasına kömək etmək üçün iranlı qüvvə və imkanların əlverişli bölgələrdə yerləşməsi məqsədilə Füzuli və Ağdam cəbhələri istiqamətində hərəkət etdik. İmişli mərkəz bir bölgə olaraq köçkünlər üçün düşərgə kimi seçildi. İran bu düşərgəni təchizatla tam təmin etdi və köçkünlər orada məskunlaşdı. Köçkünlərin məişət və rahatlığı üçün bütün təlaşlar həyata keçirilidi.Qarabağ döyüşçüsü deyib: “İranlı qüvvələr Qarabağ müharibəsi boyu könüllü xalq briqadaları arasında əlaqə və uyğunluq yaradılması, onların İrandan və Xudafərin körpüsündən keçərək Şuşa səmtinə getməsi, əməliyyatların davam etməsi və Gəncəyə qədər genişlənməsi, işğal edilmiş Qarabağ ərazilərinin mühasirəyə alınması və onların işğaldan azad edilməsi üçün Azərbaycana kömək etmiş, plan və proqramlar təqdim etmişdir. Lakin bütün bu təlaşlar nəticəsiz qaldı. Çünki Arazın o tayında könüllülük və birlik ruhiyyəsi çox zəif idi, daxili ixtilaflar həddən artıq çox idi, hər kəs öz sazını çalırdı. Noi İqdam və Əlaəddin Nurməhəmmədzadənin Heydər Əliyevlə görüşü, bu məsələ barədə söhbətləri və Heydər Əliyevin onlara haqlı cavabı məncə əsas mövzunu açıqlayır. Heydər Əliyev bu görüşdə onlara demişdi ki, sizin fikir və planlarınız İranda İmam Xomeyninin (r) varlığına, onun söz və qüdrətinin nüfuzuna görə həyata keçir. Bizim isə burada İmam Xomeynimiz (r) yoxdur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button