AktualAktualArxivFatimi yaşayişIslamQarabağtahlil va magaleTarixXəbər lentiXəbərlər

Qarabağ müharibəsində iranlı müşavir: Qarabağın azad olunması üçün həyata keçən əməliyyatın komandanlığı mənə tapşırılmışdı

General Noi İqdam: Qarabağın azad olunması üçün həyata keçən əməliyyatın komandanlığı mənim öhdəmə idi və həmin əməliyyatda yaralandım.

Qafqaz Həqiqətləri “Xəbəri-ruz” saytına istinadla xəbər verir ki, general Rəhim Noi İqdam bazar ertəsi Urmiyanın Lütfəli Xan məscidində keçirilən “Kərbəla-5” əməliyyatı şəhidlərinin anım mərasimində deyib: “Rəsmilər və məmurlar hər bir halda xidmətçi və xalq onların rəisidir.”

Noi İqdam əlavə edib: “İslam İnqilabının banisi və rəhbəri biz məmurları xalqın xidmətçisi bilmişdir. Xalqa xidmət etməkdə səhlənkarlıq edən məmur bilməlidir ki, bir gün burunları yerə sürtünəcək.”

Qarabağ müharibəsində Azərbaycan Respublikasında hərbi müşavir olmuş general şəhidlərin uca məqamından söz açaraq deyib: “İslami İran iri gövdəli ağacını şəhidlərin qanı suvardı və suvarır. General Hacı Qasim Süleymani öz şəhadəti ilə İran vəhdətini hamıya göstərdi.”

Hacı Qasim Süleymaninin şəhadətindən danışan müşavir deyib: “Amerika onun qarşısında aciz qalmışdı və ona qarşı nə edəcəyini bilmirdi. Ona görə də üçüncü ölkədən istifadə etdi və çox namərdcəsinə ölkəmizin təsirli şəxsiyyətini terror etdi.”

Rəhim Noi İqdam çıxışının digər hissəsində deyib: “Məlumatı olmayan bəzi gənclər məndən soruşurlar ki, nə üçün Suriyaya köməyə getdiniz, ancaq Qarabağ müharibəsində Azərbaycan Respublikasına köməyə getmədiniz? Onların cavabında demişəm və yenə deyirəm: Mən Qarabağ müharibəsinin komandiri olmuşam.”

Hərbi məsləhətçi Qarabağ müharibəsi ilə bağlı söhbətinin digər hissəsində deyib: “Qarabağın azad olunması üçün həyata keçən əməliyyata komandanlıq mənə tapşırılmışdı. Hətta həmin əməliyyatda mən yaralandım. Qarabağ müharibəsində mən erməni silahlılarını öldürdüm və Araz çayına tökdüm, Qarabağın bir hissəsini azərbaycanlılara qaytardım.”

General daha sonra deyib: “Qarabağın azad olunması planını 4 ay ərzində hazırladım və Heydər Əliyevə təhvil verdim. Bu plan öz vəzifəli şəxslərimiz tərəfindən də təsdiq edilmişdi. Lakin Əliyev bu planın həyata keçməməsi üçün gizlində Amerika və sionist rejimi ilə razılaşdı.”

Qarabağ müharibəsinin iranlı müşaviri deyib: “İndi də mən Azərbaycan Respublikası hakimiyyətinə səslənirəm ki, siz həqiqətdə Qarabağı geri almaq istəmirsiniz. Siz Qarabağın işğalını bəhanə edərək fövqəladə vəziyyət elan etdiniz ki, öz müxaliflərinizi aradan qaldırasınız. Əgər Qarabağı azad etmək barədə sözləriniz doğrudursa, onda İrana gəlin və bizim Rəhbərimizdən icazə alın, biz də 4 ay ərzində Qarabağı azad edək. Qarabağın işğal altında qalmasının səbəbi Azərbaycan Respublikasının Amerikanın ətəyindən yapışmasıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button