AktualAktualArxivmədəniyyatQarabağSosialtahlil va magaleXəbər lentiXəbərlər

Qarabağ müharibəsinə sivilizasion baxış-Təhlil

Qafqaz Həqiqətləri – Bəlkə də Hantinqton qərbin dövlət-ölkə əsrinin modernləşməsində yeganə nəzəriyyəçidir ki, dövlət-millətlər və dövlət-ölkələr qurulması üçün sivilizasiyaların təməl olduğuna təkid edir, dövlət arasında qarşıdurmaları sivilizasiya baxışından təhlil edir, xristianlıq, İslam və konfutsianizm mədəniyyətlərini dünyanın əsas sivilizasiyalarından hesab edir və bildirir ki, bu mədəniyyətlər digər üç-dörd mədəniyyətlə yanaşı bir-birləri ilə münaqişə və çəkişmədədir. Hantinqtonun fikrincə, gələcəkdə mədəniyyətlər arasında münaqişə üçün zəmin yaradaraq sabitsizliyə səbəb olacaq amillər aşağıdakı hadisələrdən biri ola bilər:

  1. Etnik qarşıdurmaların baş verməsi və bu da iki növdən xaric deyil: yerli və mədəniyyət daxili, ya mədəniyyət arası və çat xətləri üzərində;
  2. Tanınmış islami hərəkatlar əsasən iki səbəbdən: siyasi (yadların istilası ilə mübarizə) və dini (sünnəyə qayıdış) baş tutur.
  3. Koreya, Çin və Sinqapur kimi regionlarda Asiya iqtisadi gücünün qərbi ötməsi. İqtisadi inkişaf bu ölkələri hücumçuya çevirəcək.

Hantinqtonun təhlilinə görə, İslam və konfutsianizm daha ciddiliklə dünyada hərbi gücə çevrilmək ardıncadır.

Hantinqton daha sonra nəzəriyyə verərək, Amerikanın rəhbərliyi ilə qərbə tövsiyə edir ki, İslam və konfutsianizm mədəniyyətləri qarşısında dayansın və onları məğlub etsin.

Həqiqətdə xristianlıq müasir dövrdə kapitalizm və liberalizmi model kimi qəbul edərək, necə olursa olsun, ən yüksək maraqları xristianlıq mədəniyyətinin xalqı və dövlətlərinin (modern qərb) payı etməyə təlaş göstərir və bu istiqamətdə İslam mədəniyyətinin daha çox yayılmış olduğu regionda, yəni Yaxın Şərqdə, Orta Asiyada və digər bölgələrdə sekular, irqçi və işğalçı dövlətlə yaratmağa başlamışdır ki, İslam mədəniyyətinin həyat və dirçəlişinə mane olsun. Çünki İslam mədəniyyəti Quran, Peyğəmbər (s) və Əhli-beytin (ə) təliminə əsaslanan rasionallıq, mənəviyyət, mərifət, əxlaq və haqq və haqqa söykənmək iqtidarını dirçəltmək və gücləndirmək ardıncadır və bu mədəniyyət, modern qərb mədəniyyətinin zülm və haqsızlığı –Hantinqin fikrincə, xristianlıq– qarşısında dayanır.

Müsəlman xalqlar yaşayan Qafqaz və Cənubi Qafqaz İslam mədəniyyəti coğrafiyasında yerləşir və bu regionda zor gücünə asılı sekular başçıları hakimiyyətə gətiriblər və dövlətlərə qəbul etdiriblər. Müsəlman millətlər islami hərəkətlərlə bu vəziyyəti dəyişmək, islami hakimiyyət, yəni İslam qanunlarını bərpa etmək istəyirlər. Digər tərəfdən İslam düşmənləri Cənubi Qafqazda işğalçı İsrail dövləti kimi bir dövlət olan qondarma Ermənistan dövlətini yaradıblar. Qondarılmış Ermənistan da Qafqazın digər dövlətləri kimi sekular və qərb mədəniyyətindən asılı bir dövlətdir və digər tərəfdən 30 ilə yaxındır ki, Azərbaycan Respublikasınn müsəlmanlar yaşayan ərazilərini işğal etmişdir.

Birincisi, müsəlman xalqlar vəhdət göstərməli və qərb mədəniyyətinin qanunları deyil, islami hüquqlarla uyğun gələn beynəlxalq hüquqlar çərçivəsində bütün gücü ilə Qarabağı-İslam torpağını azad etməyə səy göstərməli, Azərbaycanın müsəlman xalqına siyasi və mənəvi dəstəyini verməlidir.

İkincisi, qərb mədəniyyətinin, xüsusilə də sionistlərin, amerikalıların və avropalıların fitnə və planlarından ehtiyatlı olmalı, onların bu bölgədə islami məzhəbləri bir-birinə qarşı qoymasına imkan verməməli, Azərbaycanda və digər ölkələrdə islami müqavimət hərəkətinə daim dəstək olduğunu elan etməlidir.

Asif Hacızadə

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button