AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Qalibaf: Bəzilərinin Qüdsü işğal edən rejimlə münasibətləri normallaşdırmaq istəməsi strateji səhvdir

İslami Şura Məclisinin sədri HƏMAS ofisinin rəhbəri ilə söhbətində deyib: “Bəzi tərəflərin Qüdsü işğal edən rejimlə münasibətləri normallaşdırmaq ardınca olması strateji səhvdir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, HƏMAS siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə ilə İslami Şura Məclisinin sədri Məhəmmədbaqir Qalibaf arasında telefon danışığı baş tutub. İsmayıl Həniyyə Qalibafı İslami Şura Məclisinə sədr seçilməsi münasibətilə təbrik edib, Fələstin xalqının müqavimətinə təkid edib və işğalçı rejimə qarşı müqavimət cəbhəsində general Süleymaninin roluna toxunub, onun xatirəsini uca tutaraq deyib: “Fələstin xalqı və HƏMAS Hərəkatı sionistlərin işğal etdikləri ərazilərdən çıxacağı vaxta kimi öz mübarizələrini davam etdirəcək.”

İsmayıl Həniyyə bəzi ölkələrin sionist rejiminin işğalçılıq xisləti və bu rejimin işğalçılıq addımları qarşısında sukut etməsini qınayaraq deyib: “Biz düşmən sionist rejimi ilə münasibətləri normallaşdırmaq ardınca olan bəzi region ölkələrinin sükutunu pisləyirik.”

Həniyyə Fələstin xalqına daimi dəstəyinə görə İrana minnətdarlıq edərək deyib: “Fələstin xalqının müqavimətinə daimi dəstəyinə görə, İran İslam Respublikasına minnətdarlıq edirik. Ümid edirik ki, iki tərəf arasındakı əməkdaşlığın davam etməsi və möhkəmlənməsi işğalçıların “əsrin sazişi” və “İordan vadisinin ilhaqı” kimi işğalçı fitnələrinin icrasının qarşısı alınacaq.”

HƏMAS rəhbəri vurğulayıb: “Biz hal-hazırda ən yüksək gücə sahibik və əminik ki, qələbə Fələstin xalqı ilədir və sionistlərin işğalçılıq dövranı süquta doğru gedir.”

İslami Şura Məclisinin sədri də öz növbəsində İsmayıl Həniyyəyə səmimi təbrikinə görə minnətdarlıq etməklə yanaşı, Fələstin xalqının müqavimətini, HƏMAS Hərəkatının mücahidlərinin rəşadətini təqdirəlayiq bilib, müqavimətin davam etməsində və sinost düşmənlərə qalib gəlməkdə fələstinli qrupların rəhbərlərinin rolununun mühüm olduğunu deyib.

Qalibaf vurğulayıb: “Zaman təcrübəsi sübut etdi ki, sionistlər yalnız müqavimət dilini başa düşürlər, onların qarşısında saziş və geriçəkilmənin faydası yoxdur.”

Spiker əlavə edib: “Biz İran İslam Respublikasında daim Fələstin xalqını dəstəkləyirik və inanırıq ki, fələstinli mübarizlərin mücahilikləri sionistlərin “əsrin sazişi” və “İordaniya vadisinin işğal edilmiş ərazilərə ilhaqı” kimi son məkirli planlarının həyata keçirməsinə imkan verməyəcək.”

İslami Şura Məclisinin sədri bildirib: “Bəzi tərəflərin Qüdsü işğal edən rejimlə münasibətləri normallaşdırmağa təlaş etməsi strateji səhvdir.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button