AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Qafqazdan gəlmiş Ərbəin zəvvarlarına Ərdəbil imamzadələrində xidmət göstəriləcək

 

Ərdəbil Əyaləti Vəqflər və Xeyriyyə İşləri İdarəsinin müdiri: “Qafqaz regionundan Ərbəin ziyarəti etmək üçün İrana daxil olan zəvvarlar Ərdəbilin iki imamzadəsində qarşılanacaq.”

Qafqaz Həqiqətləri – Höccətül-islam Məhdəvi Sutudə Ərdəbildə “Fars”-ın müxbirinə verdiyi açıqlamasında deyib: “İmam Hüseyn (ə) zəvvarlarını uca tutmaq və onlara xidmət göstərmək Ərdəbil əyalətinin hüseynçi əhalisinin dini inanclarını göstərir.”

Ərdəbil Əyaləti Vəqflər və Xeyriyyə İşləri İdarəsinin müdiri əlavə edib: “Rusiya və Azərbaycan kimi Qafqaz ölkələrindən Ərdəbilə daxil olan Ərbəin zəvvarlarının uca tutulması və onlara xidmət göstərilməsi üçün lazım olan hazırlıq işləri yerinə yetirilmişdir.

Zəvvarların qarşılanması oktyabrın 4-dən başlayaraq Seyid Sədrəddin, Məhəmməd ibn Hənəfiyyə imamzadələrində, habelə Biləsuvarın “Qərib” məscidində və Biləsuvar sərhəd terminalının “Seyyidüş-şühəda” mokəbində icra edilir.”

Höccətül-islam Məhdəvi Sutudə Seyid Sədrəddin və Məhəmməd ibn Hənəfiyyə imamzadələrində Azərbaycan Respublikasından gəlmiş Ərbəin zəvvarlarına göstərilən xidmətlər haqqında deyib: “Zəvvarlara səhər, gunorta və şam yeməkləri, dini və mədəni mərasimlərin təşkili, mədəniyyət sərgisi, dini-şəri suallara cavab, camaat namazı və zəvvarların məskənlə təmin edilməsi kimi xidmətlər göstərilir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button