AktualAktualArxivXəbər lentiXəbərlər

Qafqaz Mədəniyyət Mərkəzinin saytının Azəri bölməsinin girişində məhdudiyyət yaranıb

Müxalifət saytlarının bir neçəsinin boloklanmasının ardınca dövlətin islamçılara qarşı siyasətləri ilə müxalif olan və bu barədə etirazlarını bildirən Qafqaz Mədəniyyət Mərkəzinin saytına girişə də məhdudiyyətlər qoyulmuşdur və Azərbaycan Respublikasının müsəlman əhalisi artıq bu sayta daxil ola bilmirlər.
Qafqaz Mədəniyyət Mərkəzi – Qafqaz Mədəniyyət Mərkəzinin Azəri bölməsi Qafqaz regionunda baş verən hadisələri əks etdirir. Artıq bir aya yaxındır ki, Azərbaycan Respublikasından sayta giriş bloklanmışdır.
Saytın daim Azərbaycan dövlətinin islamçılara və şiələrə qarşı hərəkətlərindən öz narahatlığını ifadə etməsi Azərbaycan hakimiyyətini qorxuya salmışdır və bu üzdən də dövlət sayta girişi bağlamışdır. Sayt bloklandıqdan sonra ötən iki həftə ərzində hakerlərin və xüsusi xidmət orqanlarının hücumuna məruz qalmışdır. Lakin xoşbəxtlikdən mütəxəssislərin təlaşları nəticəsində bunun qarşısı alınmışdır. Lazımi araşdırmalardan sonra bu hücumların qonşu ölkələrdən biri tərəfindən həyata keçdiyi məlum olmuşdur.
Qeyd edək ki, Qafqaz Mədəniyyət Mərkəzinin saytının (Qafqaz.ir) Azərbaycan Respublikasında bloklanmasına və girişində məhdudiyyətlər yaradılmasına baxmayaraq maraqlananlar müxtəlif vasitələrlə sayta daxil olur və regionda baş verən son hadisələri izləyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button