AktualAktualArxivXəbər lentiXəbərlər

Qəlbi zindanlara salınan körpələrə məktub: Atanıza deyin ki…- ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Bu gün bütün dünyada uşaq hüquqlarının müdafiəsi günüdür. Jurnalist Arzu Abdulla məhz qəlbləri ataları ilə birgə zindanda olan uşaqlara məktub yazıb.

“Atanıza deyin ki…

İsti evində, divanda uzanıb zindandakı adamın halını təsvir etmək çox çətindi. Yox, zindandakı insanı yaşamaq üçün mütləq deyil zindana girəsən. Sadəcə olaraq o insanların doğmalarına yanaşmaq bəs edər. Bir də atası zindanda olan uşaqların gözlərindəki kədəri görmək-GÖRMƏK bəs edər ki hətta rahat evində dörd divarın arasında, sanki çarmıxa çəkilmiş kimi ÇIRPINASAN, BOĞULASAN.

…O, uşaqlara yaxınlaşmaq, başlarını sığallamaq, bir anlığa ata həsrətindən dolmuş gözlərinə baxmaq, ata həsrətindən sıxılmış ürəklərinə doğmalıq hissini yansıtmaq… bu o qədər də çətin deyil… Allahı və onun buyurduğu YOLU sevdiyi üçün şərlənərək həbsə atılan məhbuslarımızın zindan həyatına mənən şərik olmalısan. O zaman bu körpələri o qədər yaxından anlayacaqsan ki…

1 iyun bütün dünyada uşaq hüquqlarının müdafiəsi günüdür. Bu gün bütün dünyada, inkişaf etmiş dövlətlər uşaqlar, onların valideyinləri üçün, onların daha yaxşı yaşaması, təhsil alması və sağlam böyüməsi üçün proqramlar hazırlayır, təkcə bu günlərini deyil, eyni zamanda gələcəklərini də təmin etməyə çalışır. Azərbaycanda isə minlərlə uşaq günahsız yerə həbs edilmiş valideyninin yolunu həsrətlə gözləyir. Atası həbsdə olan uşaqların maddi və psixoloji təminatı üçün ölkəmizdə heç bir imtiyaz, heç bir proqram yoxdur. Hələ məhbus həyatı yaşamış insanların məhkumluğu bitəndən sonra illərlə işsiz qalması var. Bütün bu problemlərin ağrlığını, acısını isə uşaqlar daha çox yaşayır. Çünki uşaqlar ailənin ən zərif bəndidir.

Bu gün bütün dünyada uşaqların hüquqlarının müdafiəsi günüdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra, ölkəyə axan milyardlarla dollar neft pulundan körpələrə pay ayırmaq əvəzinə, onlara rus imperiyasının təyin etdiyi uşaqpulunu kəsdi bu iqtidar. Adətən evdə hər şeyin ən yaxşısını uşaqlar üçün ayırar böyüklər. Amma bu ölkənin böyükləri uşaqların əlindəki qurdlu konfetə göz dikən acgöz bağça müəllimləri kimi onları hər şeydən məhrum etdilər.

Zindana yazdığım ilk məktubu məhbuslara deyil, onların yolunu gözləyən körpələrə ünvanladım. Ataları ilə bərabər onların da qəlbi, sevgisi o zindanlardadır. Bu uşaqların xəyalları, sevgiləri, arzuları da atalarının yanında-zindanlardadır…

Körpələr, Siz hələ ayaqlarınızı yerə bərk basa bilmədiyiniz üçün hər anınızda özünüzə həyan axtarırsınız. Amma yıxılanda əlinizi atıb atanızın əlindən tutmaq, çiyninə qısılıb qığıldamaq istəyəndə atanıza əliniz çatmır. O anda atanızın sizdən çox uzaqda, tikanlı məftillər arasından dayanıb üzü günəşə baxdığını duyursuz. Günəş isə hamıya eyni gözlə baxır. Lakin o günəşin qarşısını damla, daşla, dəmirlə və zindanla kəsənlər var. O günəşsiz zindanların arxasında atalar körpə balalarını arzulayıb qəlbləri nisgilli gəzərlər.

(Günahları nə?

-Allahı sevmək, ədalətli cəmiyyət tələb etmək, haqsızlığa etiraz etmək və vətənini sevmək, onu qorumaq istəyi.

-Allahı və sadaladığınız bu qədər gözəl dəyərləri sevməyi günah kimi anlamağın səbəbi nədir?

-Qorxunun işğal etdiyi vücudlar şeytanın yuvasıdır-Lənətulla)

Bütün günü atasını hər yerdə axtaran körpələrin gecələr yuxusuna girər zindanlar. Odur ki, bu məktubumu zindandakı körpələrə yazıram.

Eyyy, duyursuzmu məni balacalar! Siz o qədər şirin, o qədər safsınız ki, gülüşləriniz o zindanları gülüstana çevirəcək, Allaha güvəniniz zindanların qapısındakı dəmir qıfılları param-parça edəcək. Təki siz inanın, təki siz gülümsəyin. Atalarınız kimi Sizin də ancaq cisminizi zindanlara sala bilbilər, ruhunuz azaddır. Ruhunuz duyur ki, atalarınız DÖYÜŞƏ yollanıb. Onların cismi zindana salınıb amma ülvi ruhları DÖYÜŞDƏDİR, zalımla, zülmlə DÖYÜŞDƏ. Hamı üçün eyni təbəssümlə gülümsəyən günəşin qarşısını zindanla, daşla, dəmirlə, yumruqla kəsənlərlə DÖYÜŞDƏDİR atanız.

Siz də atanıza qoşulun, sizin balaca, yumşaq yumruqlarınız o qədər güclüdür ki… Axı siz inanırsız ki, bu yumruqla bütün maneələri toz kimi əzərsiz. Sizin balaca, toppuş əlləriniz o qədər güclüdür ki… böyük -böyük daşlardan iri -iri heykəllərini düzəldərək günəşin qarşısını kəsmək istəyən zalım Nəmrudun qulağına girən sevimli qarışa kimi… O qarışqa daşlarla aləmi hasarlayan, ataların, uşaqların ayağının altını iri kəsəklərlə doldurub, onları incidən Nəmruda qalib gəldi. Amma sizlər o sevimli qarışqadan daha güclüsünüz. Əllərinizi uzadın, bir yerdə gedək günəşin qarşısını kəsənlərlə, qara-qara zindanlara ataları doldurub qapısını qıfıllayanlarla DÖYÜŞƏ.

Bütün döyüşlərə uşaqlar çiynimizdə GEDƏK!!!

“Uşağım var, onu tək qoya bilmərəm” deyib bir tikə çörəyə baş əyməli deyilik. Əksinə, elə o uşaqlara görə döyüşə yollanmalıyıq, son damla qanımıza qədər döyüşməliyik, son nəfəsimizə qədər döyüşməliyik. Zatən, həyatda DÖYÜŞ-dən gözəl heç nə yoxdur.

Uşaqlara görə qorxub qaçmayaq , elə UŞAQLARA GÖRƏ DÖYÜŞƏK!!!

Onlar bizim gələcəyimizdir. Gələcək ancaq inqilablarla, döyüşlərlə, çevrilişlərlə gözəldir. Yoxsa, zillətin apardığı yol nə qədər uzun olsa da bu işıqlı gələcək gətirmir, bu elə zülmət gətirir…

Zülmət zalımın qalib gəldiyi dünyadır. Zalımın qalib gəldiyi dünyada sevməli nə varsa hamısını zillət kəfi basar. Elə qalxaq ki, bu kəfi, zalımı, zülmü, zilləti ayaqlarımızın altında toz kimi əzək. Bunun üçün qorxunu atmaq, sevmək, sevmək, yenə də sevmək lazımdır. Bu vətənin torpağını, daşını, suyunu, insanlarını, heyvanlarını hər şeyini, bircə zalımından, zülmündən başqa hər şeyini sevmək… Ancaq bu sevginin yaratdığı GÜC zalımı ayağımızın altındakı toza döndərəcək….

Uşaqlar, atalarınıza, analarınıza deyin ki, döyüşə gedəndə sizi də özləri ilə MEYDANA APARSINLAR. Çünki zülmə üsyan etmək Həzrəti Hüseynin (ə) Məktəbidir, Kərbəla Məktəbidir. O, da MEYDANA, DÖYÜŞƏ 6 aylıq körpəsi ilə, Əli Əsgərlə getdi və düşmənlərini bir dəfə deyil, min dəfə deyil, min illər boyu xar etdi, zəlil etdi. Bu döyüş Həzrəti Hüseynimizə(ə) milyonların sevgisini qazandırdı. Bu sevgi bu EŞQ odu illər ötdükcə daha gur yanır və yanacaq da.

Uşaqlar, hər şeyi sevək, həyat və həyatdakılar gözəldir, bütün günləri döyüşək, bütün günləri sevişək, bütün günləri, bütün günləri o zaman, ancaq o zaman GÜNÜNÜZ-GÜNÜMÜZ MÜBARƏK OLACAQ.

Eyyyy, uşaqlar, şirinlər, atanıza deyin ki, zalım məhv olacaq, QƏLƏBƏ BİZİMDİR!!!

 

Arzu Abdulla

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button