ArxivIslamXəbər lentiXəbərlər

Qədir-Xum bayramı münasibətilə Əhli-Beytin (ə) yadigarı ziyarət edildi

Zilhiccə ayının 18-i (bu il üçün avqustun 20-i) – Qədir-Xum bayramıdır. Həmin gündə böyük İslam Peyğəmbəri (s) vida həccindən qayıdarkən, Qədir-Xum adlı məkanda onminlərlə hacının önündə İmam Əlinin (ə) öz vəsisi və canişini olması, bütün müsəlmanlar üzərində rəhbər təyin edilməsi barədə İlahi buyuruşu çatdırmışdır.

Dinin kamil surətdə tamamlandığı, İslamın bir din olaraq Allah Təala tərəfindən bəyənildiyi bir gündür Qədir-Xum bayramı.

Bu böyük bayram, dünyanın bütün guşələrində böyük təntənə ilə qeyd edilir.

Əhli-Beyt (ə) sevərlər məmləkəti olan Vətənimiz Azərbaycanda da bu əzəmətli bayram böyük şövqlə yaşadılır.

Dəyərlər Oxucular Klubu tərəfindən bu böyük bayram günü münasibətilə ziyarət təşkil edilmişdir. Ziyarət Əhli-Beytin (ə) məmləkətimizdə bir parçası olan Xanım Həkimənin (s.ə) “Bibi-Heybət” ziyarətgahına olub.

Ziyarət başa çatdıqdan sonra dualar edilib, cəmlə “Fərəc” duası oxunub.

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button