AktualAktualArxivXəbər lentiXəbərlər

Həqiqətpur: Türkiyə Ərəbistanı dəstəkləməklə özünün zillət sənədini imzaladı

İslami Şura Məclisinin milli təhlükəsizlik və xaricisiyasətkomissiyasının sədr müavini Mənsur Həqiqətpur deyib:”Türkiyə prezidenti Minada minlərlə zəvvarın həlak olmasının ardınca Ərəbistan dövlətini dəstəkləməklə özünün zillət və həqarət sənədini imza etdi”.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, İslami Şura Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur jurnalistlərə verdiyi müsahibəsində deyib: “Çox təəssüflüdür ki, Türkiyənin nökərsifət prezidenti Mina hadisələrində Ərəbistan dövlətini təqsirkar bilmək əvəzinə onu dəstəkləyir və Ali Səudu bu hadisədə haqlı bilir”.

Ərdoğanın Ərəbistana öz nökərliyini sübut etdiyini vurğulayanHəqiqətpur artırıb: “Onun İslam qarşısında qərəzli mövqei davam etdiyi surətdə İran İslam Respublikası tərəfindən daha ağır uğursuzluqların intizarında olmalıdır”.

O, Ərdoğanın Səudiyyə dövlətini Mina faciəsində təqsirsiz bilməsinə toxunaraq deyib: “Çox təəssüf ki, Türkiyə prezidenti Minada günahsız insanların ölümündə Ərəbistan dövlətini təqsirsiz adlandırdı. Bu məsələni məhkum etməklə yanaşı Ərdoğana deməliyik ki, İslam dünyası Ərəbistan dövləti qarşısında ondan daha zəlil bir hakim görməmişdi”.

“Ərdoğan Səudiyyə rejiminin qulluq və nökərlik boyunduruğunu boynundan asıb və bu mövzubütün türklər və bir zamanlar məntəqəyə hakim olmuş adamlar üçün rüsvayçılıqdır”-deyə, Ərdəbil əhalisinin İslami Şura Məclisində nümayəndəsi artırıb.

O, Ərdoğana bir qədər ağıllı düşünüb, açıqlama verməsinitövsiyə edərək deyib: “Türkiyə prezidenti hakimiyyətdə qalmaq üçün türk xalqının izzətini sionist muzdurlarının ayağı altına atmamalıdır. Sözsüz, Türkiyənin müsəlman xalqı Ərdoğanın bu cür açıqlamalarından uzaq olduqlarını bildirəcək və onunla qarşılaşacaq”.

Türkiyə xalqının tezliklə öz təkliflərini Ərdoğanla ayırd edəcəklərini açıqlayan milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, Türkiyə xalqının daha şücaətli, müstəqil, dərrakəli başçıya ehtiyacı olduğunu, Ərdoğanın isə Suriya, Yəmən və bu gün Mina hadisələrində özünün Ərəbistanın nökəri olmasını sübut etdiyini deyib.

Ərdoğanın anti-İran və anti-İslam hərəkətlərini bu dövlətin layihələrinin bir-birnin ardınca məğlubiyyətə uğramasından mənşələndiyini bildirən Həqiqətpur artırıb: “Ərdoğanın Suriya, İraq və digər ölkələrdə biabırçı planları məğlubiyyətə uğradıqdan sonra dedi ki, bu uğursuzluqların amili İran İslam Respublikasıdır”.

Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini açıqlayıb: “Ərdoğanın anti-İslam yanaşmaları, Amerika, sionist rejim və Səudiyyə Ərəbistanının xeyrinə olan mövqei davam edəcəyi surətdə beynəlxalq səhnədə İran İslam Respublikası tərəfindən daha artıq məğlubiyyətlər gözləməlidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button