ArxivXəbər lentiXəbərlər

Bakıda Ustad Məhəmməd Hüseyn Şəhriyarın anım mərasimi keçirilib

İranın müasir şairi və qəzəl ustası Ustad Seyid Məhəmməd Hüseyn Şəhriyarın xatirəsi ilə bağlı mərasim bu gün Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasında keçirilib.

Bu mərasim məşhur iranlı şairin vəfatının ildönümü və Fars Şeri və Ədəbiyyatının ildönümü günü münasibəti ilə İranın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilib. İran və Azərbaycandan bir qrup Şəhriyarşünas, İran və Tacikistan səfirləri və Azərbaycanın tanınmış şəxsiyyətləri bu mərasimdə iştirak ediblər.

İranın Bakıdakı səfiri Möhsün Pakayin bu mərasimdə deyib: Ustad Şəhriyar İranın müasir ən böyük şairlərindən biridir. Həm farsca, həm də azərbaycanca şerində qələm sahibi olmuşdur. Elə buna görə, təkcə İranda deyil, Azərbaycan, Əfqanıstan, Tacikistan və digər Mərkəzi Asiya və Qafqaz ölkələrində sevilir.

Azərbaycan Respublikasında da məşhur olan “Heydər babaya Salam” şerinə toxunan Pakayin əlavə edib: Əsil şerşünaslardan və azərbaycancanı mükəmməl bilən İslam İnqilabının Böyük Rəhbərinin qənaətincə, “Heydər babaya Salam” şerində müsbət şer xüsusiyyətlərindən əlavə çox hikmətli mövzular vardır. Beləliklə Şəhriyarı bir həkim hesab etmək olar.

Pakayin Şəhriyarı şiəlik şerinin rüknlərindən biri adlandırıb və deyib: “Əli Ey Humaye Rəhmət” (Əli! Ey Rəhmət quşu) kimi uzun və lətafətli şer müasir dövrdə söylənməmişdir.

Bu mərasimin Bakıda keçirilməsini iki ölkənin mədəni əlaqələrinin dərin olmasının nişanəsi adlandıran Möhsün Pakayin deyib: Azərbaycan xalqının Ustad Şəhriyara olan dərin marağını nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının İrana təşkil olunması və İran və dünya ədəbiyyatının bu tanınmış şairinin məzarını ziyarət etmək ədəbiyyatçılar və tanınmış şəxslərdən ibarət ədəbi və turist ekskursiyalar təşkil etməsini istəyirəm. Belə ki, Azərbaycanda İslami İran mədəniyyəti və ədəbiyyatı və Şəhriyarşünaslarla maraqlanlar onunla tanış olsunlar.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Seyid İbrahim İbrahimi də bu mərasimdə Ustad Şəhriyarı beynəlxalq səviyyəli və tanınmış şair və onun din və dil sahəsindəki xidmətlərini qiymətli adlandırıb və deyib: Ustad Şəhriyarın vilayətsevər şair idi və məsumlar (ə), İslam İnqilabı, imam və şəhidlərin vəsfində gözəl şerləri vardır.

İslami İran və vətənə sevgini Ustad Şəhriyarın digər xüsusiyyətlərindən hesab edən İbrahimi əlavə edib: Ustad Şəhriyar İslami İran və Azərbaycanın fəxridir.

İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi Ustad Şəhriyar və onun qiymətli əsərləri barəsində zəngin araşdırmaların aparılmasına toxunaraq deyib: Təəssüflər olsun ki, bu şairin mənəviyyat, ürfan və Əhli-Beyt (ə) sahələrindəki qiymətli əsərləri barəsində yaxşı araşdırmalar aparılmayıb. Ümidvaram ki, bu önəmli məsələ yaxın gələcəkdə layiqli şəkildə gerçəkləşəcək.

Cənab İbrahimi Ustad Şəhriyarın şerlərinin tərcüməsində bəzi baş verən təhriflərə toxunub və tərcümə zamanı onun şerlərinin əsilliyinin qorunmasını vurğulayaraq Ustad Şəhriyarın azərbaycanca divanının əsil mətni və bu şairin dəsti-xətti ilə birlikdə gələn ildə latın əlifbası ilə nəşr olunacağını bildirib.

Təbrizdə Ustad Şəhriyar Beynəlxalq Konfransında Ustad Şəhriyar Mədəniyyət medalı ilə mükafatlanan Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun rektoru Professor İsa Həbibbəyli bu mərasimdə Ustad Şəhriyar və onun şerlərinin dünyadakı yüksək məqamına toxunub və deyib: Ustad Şəhriyar İran və Azərbaycan arasında mədəni körpüyə çevrilib.

Azərbaycanın İranla əlaqələri genişləndirmək üzrə iradəsinə toxunan professor Həbibbəyli deyib: İran İslam Respublikası ilə əsasən də elmi və mədəni əlaqələr Azərbaycan üçün çox-çox əhəmiyyətlidir və bu əlaqələr İran prezidentinin Azərbaycana səfərindən sonra yeni mərhələyə daxil olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun rektoru Bakıda Ustad Şəhriyarın xatirəsinə konfransın keçirilməsini ölkəsi üçün fəxr adlandırıb.

Bu iclasda bir qrup Azərbaycan şairi və ədibləri Ustad Şəhriyarın xatirəsinə çıxışlar edib və şerlər oxuyub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button