ArxivIslamSosialXəbər lentiXəbərlər

Putin Fitr bayramı münasibətilə müsəlmanları təbrik etdi

Rusiya prezidenti Fitr bayramı münasibətilə dünya müsəlmanlarını, xüsusilə rusiyalı müsəlmanları təbrik edib.

Qafqaz Həqiqətləri “Sputnik”-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimr Putin Fitr bayramı münasibətilə təbrikində deyib: “Fitr bayramının xüsusi mənəvi mənası vardır və mənəvi təmizlənmə təcrübəsi kəsb olunduğu üçün sevinc gətirir. Əsrlər boyu bu bayramı yalnız səmimi dualarla deyil, köməyə və qayğıya ehtiyacı olanlara diqqət göstərməklə qeyd etmək adət halını alıb.”

Prezident əlavə edib: “Rusiyadakı İslam ardıcılları ata və babalarının tarixi, mədəni, dini adət-ənənələrinə dərin hörmətlə yanaşır, eyni zamanda gənc nəsil həmin dəyərləri yaşadır. Rusiyanın müsəlman icması ölkə həyatında aktiv iştirak edir, beynəlxalq sülhün və cəmiyyətdə vətəndaş hərəyliyinin qorunmasına, ailə institutunun möhkəmlənməsinə, gənclərin maariflənməsinə əvəzsiz töhfələr verir.”

Putin vurğulayıb: “Təhlükəli koronavirusun yayıldığı hazırkı dövrdə müsəlman icmasının, dini təşkilatların, ölkənin bütün müsəlmanlarının humanitar, xeyirpərvər missiyası olduqca dəyərlidir və insanların həyatını, sağlamlığını qorumağa xidmət edir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button