ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Putin Ərdoğan və Ruhani ilə ayrıca görüş keçirəcək

Rusiya prezidenti Vladimir Putin Suriya nizamlanmasına dair görüş çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşlər keçirəcək.

qafqaz.ir -un RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə Rusiya liderinin sözcüsü Dmitriy Peskov xəbər verib.

“Bilirsiniz ki, bazar ertəsinə Suriya nizamlanması üçün Astana prosesinin təminatçılarının üçtərəfli görüşü planlaşdırılıb. Bu görüş Ankarada olacaq, prezident oraya gedəcək. Təbii ki, Ərdoğan və Ruhani ilə ikitərəfli görüşlər də olacaq” deyə o, bəyan edib.

Qeyd edək ki, sentyabrın 16-da Ankarada tarixi Çankaya Sarayında Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya nizamlanmasına dair zirvə görüşü keçiriləcək. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın daha əvvəl söylədiyi kimi, sammitdə İdlibdəki vəziyyət və Suriyanın Konstitusiya komitəsinin yaradılması müzakirə ediləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button