AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Professor Coşqun: Şah İsmayıl Türkiyə ələvilərinin yanında böyük hörmətə malikdir

“Ərdəbillilər” kitabının müəllifi deyib: “Ərdəbil və Şah İsmayıl Səfəvi İslam tarixində dəyərli və qalıcı işlər həyata keçirdikləri üçün Türkiyə ələvilərinin yanında böyük hörmətə malikdir.”

Qafqaz Həqiqətləri – Coşqun Kokel jurnalistlərə verdiyi açıqlamada deyib: “Ərdəbil və Şah İsmayıl Səfəvi İslam tarixində əvəzsiz rol ifa etmişdir, dünyanın hər yerində ona sevgi bəsləyən çoxlu insanlar vardır.”

Ələvişünas və Türkiyə universitetlərinin müəllimi professor Coşqun Kokel Səfəviyyə məktəbinin ardıcıllarını öz inanclarında möhkəm iradəli insanlar adlandıraraq deyib: “Türkiyə ələvilərinin Şah İsmayıl Səfəviyə sevgisi o həddədir ki, onun şerlərini əzbərləyir və daim təkrar edirlər.”

“Ərdəbillilər” kitabının müəllifi deyib: “Şeyx Səfinin irfanda xüsusi məqamına diqqət etməklə, Türkiyə ələviləri bu ailəyə xüsusi hörmət bəsləyir. Türkiyə əhalisinin çoxu Şeyx Səfinin türbəsini ziyarət etmək arzusundadır.”

Coşqun Kokel müsahibəsinin sonunda türkiyəli tələbələrin bu ölkə universitetlərində Ərdəbil əhalisi və İslamda Səfəvilərin tarixi ilə maraqlandırlarını deyib.

“Ərdəbillilər” kitabının cümə günü Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi və qonaqların iştirakı ilə Şeyx Səfiyəddin Ərdəbili Türbəsində təqdimat mərasimi keçirilib. Ərdəbil və Səfəviyyəni ensiklopedik şəkildə tanıdan bu kitab İstanbul türkcəsi ilə 5 cilddə çap edilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button