ArxivIslamXəbər lentiXəbərlər

Polislər tərəfindən dini dükandan məhərrəmliyə aid bayraqlar və köynəklər götürülüb

Dükanın 4 işçisinin də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir
Dünən Sədərəkdə yerləşən “Həkimə” adlı dini dükana polis əməkdaşları gələrək dükanda satılan “Ya Hüseyn” yazılı bütün koftaları, bayraqları və alınlıqları götürüblər.

Məlumatda o da qeyd edilir ki, polislər eyni zamanda dükanın 4 işçisini də özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxladıq. “İslaminSesi”nə açıqlama verən mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov onda bu barədə məlumatın olmadığını və nazirliyin rəsmi saytına baxmağı məsləhət gördü.

Qeyd edək ki, DİN.gov.az saytında isə sözügedən hadisə ilə bağlı heç bir material yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button