ArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

“Polad Generalımız” kitabının naşiri: Polad Həşimov indi artıq qəlblərdədir və insanların ruhundadır

“Polad Generalımız”kitabının naşiri: Polad Həşimov indi artıq qəlblərdədir və insanların ruhundadır

Əfsanəvi generalımız Polad Həşimov barədə “Polad Generalımız” adlı kitab çap edilib.

İslamazeri.com xəbər verir ki, kitabı nəşr edən “Qanun” nəşriyyatının direktoru, naşir, tərcüməçi-yazar Şahbaz Xuduoğlu bununla bağlı Az.shafaqna.com -a danışıb.

O deyib ki, sözügedən kitabda şəhid generalın uşaqlıq illəri, kursant olduğu dövr, hərbi xidməti zamanına, həmçinin işləyib komandir olduğu dövrə aid qohumlarının, yaxınlarının, dostlarının, əsgərlərinin və həmkarlarının xatirə və fikirləri toplanıb.

“Kitabda çalışmışıq ki, yeniyetmələrimizin, gənclərimizdə  onların başa düşəcəyi formada generalımızın obrazı formalaşsın“, – deyə Şahbaz Xuduoğlu bildirib.

Onun sözlərinə görə, şəhid generalın barəsində xatirələrin toplanması Polad Həşimov haqda olan obrazın daha da zənginləşməsinə səbəb olacaq.

“Kitab həcmcə o qədər çox olmasa da, rəngarənglik baxımından çox zəngindir“, – deyə o qeyd edib.

Nəşriyyatın rəhbəri deyib ki, “təkcə dünəndən artıq 500 ədəd kitab paylanıb“.

O əlavə edib ki, general Həşimov barədə məlumatlar toplanmağa davam edir.

“Yəgin ki, il sonunda Polad Həşimovun barəsində daha fərqli, daha sanballı, daha dolğun bir kitab hazır olacaq“, – deyə Xuduoğlu bildirib.

Naşir özünün müşahidələri haqqında da bölüşüb: “İnsanlar, sanki, generalımızı özləri üçün yenidən qazanıblar, kəşf ediblər və buna görə də onların üzündə hüzn yox, əslində, bir az sevinc və məğrurluq var“.

“Məni də təsirləndirən odur ki, Polad Həşimov öz ölümü ilə insanların içərisində yatmış olan o məğrurluğu diriltdi. Yəni o insanlar indi gülər üzlə, şənlənə-şənlənə gəlib generalımız haqda kitabı götürür və fəxr edirlər ki, onların xalqının yetişdirdiyi belə bir möhtəşəm insan var. Polad Həşimov indi artıq düşüncələrdədir, qəlblərdədir və insanların ruhundadır“, – deyə o sonda bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button