ArxivXəbər lentiXəbərlər

Polad Aslanovun şikayətini Baş Prokurorluq araşdırır

 Avqustun 16-da həbsdə olan “xeberman.com” saytın redaktoru Polad Aslanovla bağlı müraciətə Ombudsman Aparatından və Baş Prokurorluqdan cavab gəldi.
Bu barədə AzadlıqRadiosuna bildirən Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanın sözlərinə görə, Ombudsman Aparatından məktubunda bildirilir ki, redaktorun əsassız həbs ediməsi, işgəncələrə məruz qalması, barəsində başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində istintaqın qeyri-obyektiv aparılması və vəkili Elçin Sadıqovun təzyiqlərə məruz qalması halların yoxlanması və tədbirlərin görülməsi üçün Baş Prokurorluğa müraciət olundu. “Baş Prokurorluqdan gələn məktubda isə qeyd edilmiş hallarla bağlı araşdırma aparılır. Bunun üçün məni prokurorluğa dəvət ediblər”.
Aslanova vurğuladı ki, bu həftə ərzində onun müraciətinin əsasında Polad Aslanovun yanına saxlandığı DTX-nin İstintaq Təcridxanasına Baş Prokurorluğun nümayəndəsi gedib. “O, Polad Aslanovdan saxlandığı şəraitdən razı qalıb-qalmamasını soruşub. Halbuki, nümayəndə cinayət işin düzgün aparılıb-aparılmamasını, həbsin əsl səbəblərini araşdırmalıdır. Polad Aslano Baş Prokurorluğa müraciət ünvanlayıb ki, həmin nümayəndə ya öz işini bilmir, ya da təlimatlandırılmış şəkildə göndərilib. Ümumilikdə, Polad Aslanov prokurorluğun apardığı araşdırmadan narazıdır”, – deyə Aslanova bildirib.
Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən və Baş Prokurorluqdan münasibət öyrənmək hələ ki, mümkün olmayıb.
P.Aslanov iyunun 12-də saxlanılıb, o 274-cü maddə ilə ittiham olunub və Səbail rayn məhkəməsi 4 aylıq istintaq işinin araşdırılması üçün həbs-qətimkan tədbiri seçib. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Polad Aslanov 2018-ci il aprelin 19-da – 29 yaşında hərbi xidmətə aparılmışdı.
O zaman ailəsi bildirirdi ki, o səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə cəzalandırmaqdan ötrü bu addımı atıblar: “Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?”
Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.
Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button