ArxivXəbər lentiXəbərlər

Piran sakini: Allaha yalvarırıq ki, ev üstümüzə çökməsin

Bayramovlar ailəsi torpaq sürüşməsinin mərkəzində yaşayır.

“Hər gecə yatağımıza girəndə Allaha yalvarırıq ki, “bu gecədən də bizi salamat çıxart”. Ancaq görürük ki, bir-iki dəfə də güclü yağış yağsa, bizə Allah da zamin dura bilməyəcək. Çünki həyatda qalmağımız həm də məmurlarımızın vicdanına, insafına bağlıdır”.

qafqaz.ir / Lerikin Piran kənd sakini Altay Bayramov Meydan TV-yə danışır ki, 12 noyabr 2018-ci ildə kəndə yağan güclü yağış nəticəsində yaşadıqları evin yaxınlığında torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi evi qəzalı vəziyyətə salıb. Üstəlik, əraziyə baxış keçirən mütəxəssislər ailəni xəbərdarlıq ediblər ki, buradan köç etməsələr, ailəni faciəli sonluq yaxalaya bilər.

“Məmurlar bizi aldadır”

“Evimizdən 9 metr aralıda torpaq sürüşməsi baş verdi. Sürüşmə 20-25 metr ətrafı əhatə edir. Yəni ki, evimiz sürüşmə zonasının mərkəzinə düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirib torpaq sürüşməsini təsdiqlədilər, bizə isə bildirdilər ki, sürüşmənin tən ortasındasınız. Növbəti yağıntılar evin tamamilə dağılmasına səbəb ola bilər, ona görə də buradan köçmək lazımdır. Biz də qorxuya düşdük, Fövqəladə Hallar Nazirliyinə (FHN), Lerik Rayon İcra Hakimiyyətinə müraciət etdik”, – Altay Bayramov deyir.

Ancaq Bayramovlar ailəsi aidiyyəti qurumlara ünvanladığı çoxsaylı məktub və teleqramlara cavab almır. Ötən ilin noyabrında Altay Bayramov Fövqəladə Hallar Nazirliyinə üz tutub. Ona bildiriblər ki, tezliklə məktub şəklində cavab veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button