ArxivXəbər lentiXəbərlər

100 min suriyalı Kadırov fondundan qurban əti alacaq

Qurban payı yaxın günlərdə suriyalılara çatdırılacaq.

İslamazeri.az-ın “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Çeçenistan prezidenti Ramzan Kadırov “Instagram”-dakı rəsmi səhifəsində yazıb ki, təxminən 100 min Suriya sakini humanitar yardım kimi Əhməd Kadırov adına fonddan qurban əti alacaq.

Onun sözlərinə görə, yaxın günlərdə Dəməşq şəhərətrafı, Lazkiyyə, Hələb və Tartus sakinləri və hazırda Liviya ərazisindəki xüsusi düşərgələrdə olan suriyalı qaçqınlar da fonddan qurban əti alacaqlar.

Hazırda 2500 qoyun, 100 buğa və 10 dəvə alınıb.

Kadırov Fondu Hələb sakinlərinə kömək çatdıra bilmiş dünyadakı yeganə xeyriyyə fondudur. Fondda humanitar yardımın bölüşdürülməsi üçün 500-dən çox könüllü işləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button