AktualAktualArxivFatimi yaşayişIslamŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Parlament seçkiləri bu sahədə ciddi dönüş yarada bilər – Mövsüm Səmədov

 AİP-in həbsdəki sədri Hacı Mövsüm Səmədov ölkədə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə münasibət bildirib.

İslamınsəsi vasitəsilə yayılan bu haqda məktubda deyilir:

“Dövlətimiz və cəmiyyətimizin idarə olunmasında ölkənin qanunverici hakimiyyəti müstəsna rola malikdir. İstər icra hakimiyyətinin və istərsə də məhkəmə hakimiyyətinin formalaşması, xalqımızın maraqları və inkişafı çərçivəsindəki fəaliyyəti qanunverici orqandan, xüsusən Milli Məclisin tərkibindən və keyfiyyətindən çox asılıdır. Dünyaya inteqrasiyasına, Avropa konvensiyalarının tövsiyələrinə baxmayaraq, Milli Məclis üzvlərinin qəbul etdikləri qanunlarda Azərbaycan xalqının milli-mənəvi, mental və əsasən də dini dəyərləri müstəsna əhəmiyyətli yer tutmalıdır.

 

Təəssüflər olsun ki, indiyədək qəbul olunan qanunlar içərisində kifayət qədər mürtəce xarakterlilisi az olmamışdır. Bunun da başlıca səbəbi məhz MM-ə daxil olan “millət vəkilləri”nin əksəriyyətinin dövlət və xalq təəssübkeşliyindən uzaq olmalarıdır. Nəticə etibarı ilə bütün bunlar ölkədə indiyədək keçirilən parlament seçkilərinin şəffaf və demokratik prinsiplər əsasında keçirilməməsindən irəli gəlmişdir. Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri bu sahədə ciddi dönüş yarada bilər. Bundan ötrü isə seçimdə xalqımız üçün cox mühüm olan bir sıra amillər diqqətlə nəzərə alınmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan əhalisinin 90 faizindən çoxunu müsəlmanlar təşkil edir. Bu baxımdan xalqı təmsil edən millət vəkilləri ən azı təqvalı olmalı və onların hər biri fəaliyyəti dövründə hər an özünü Allahın hüzurunda görməli, əməllərinin nəticəsi etibarı mənəvi məsuliyyət daşımalıdır.

Bundan başqa Milli Məclis üzvü geniş dünyagörüşə və zəngin təcrübəyə malik olmalıdır. Xalqın, seçicilərin etimadını doğrultmağa ləyaqəti olmayanlar heç zaman məzlum və eyni zamanda ruhi və mənəvi cəhətdən əzəmətli bir cəmiyyətə xidmət etməzlər. Bu şansı qazanmaq üçün millət vəkilinin gündəliyini şəxsi mənfəəti, konyuktur marağı, qohumbazlıq və ya tayfabazlıq sindromları deyil, xalqın, seçicilərin problemləri, qanunvericilikdə müsəlman əhalinin milli, dini, sosial, mənəvi, ailə maraqlarının həyata keçməsi doldurmalı, zənginləşdirməlidir. İndiyəqədərki seçkilərin nəticələri ilə xalqımız heç zaman barışmamış, razılıq etməmişdir. Millət vəkilləri içərisində səriştəsizlik, hüquqi bilik və bacarığa malik olmamaq, qanunsuz yollarla böyük sərvətlərə yiyələnmək ölkəmizdəki real vəziyyəti dözülməz hala sürükləmişdir.

Seçkidə namizəd irəli sürmüş siyasi partiya və ictimai təşkilatlar böhrandan çıxmaq, ədalətli və demokratik bir seçki nəticələri əldə etmək üçün, düşünürəm ki, tarixi məsuliyyət daşıyırlar. Mən də xalqımıza ölkəmizdə ədalətli və demokratik prinsiplərə əsaslanan ictimai-siyasi bir mühit formalaşdırmağı arzulayıram.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button