AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Parlament sədrinin köməkçisi: Ermənistanın Təl-Əvivdə səfirliyinin açılması Fələstin xalqının maraqları ilə ziddir

 

Milli Şura Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahyan Ermənistanın Təl-Əvivdə səfirlik açmasını pisləyərək bu hərəkətin Fələstin xalqının maraqları və regionun təhlükəsizliyi ilə zidd olduğunu bildirib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Hüseyn Əmir Abdullahyan “Xaneyi-Millət” xəbər agentliyinə verdiyi açıqlamada Ermənistan dövlətinin Təl-Əvivdə səfirlik açmaq istədiyini elan etməsini heyrət doğuran məsələ adlandıraraq deyib: “Sözsüz, bu hərəkət Fələstin xalqının maraqları ilə ziddir və məntəqənin sabitlik və təhlükəsizliyinə mənfi təsir göstərəcək.”

Milli Şura Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Fələstin xalqının haqlarının bərpa edilməsinin zəruriliyində İslam ölkələrinin mövqelərinə işarə edərək ərəb və qeyri-ərəb ölkələrin sionist rejimlə münasibətləri normallaşdırmasını bərk pisləyib.

Sədr köməkçisi sionist rejimin Fələstində İordan çayının qərb sahillərinin işğal edilmiş ərazilərə birləşdirilməsi ilə bağlı həyasız hərəkətinə işarə edərək bunu təcavüzkar və əsassız addım adlandırıb, bu hərəkətin məntəqədə gərginliyi artıracağını vurğulayıb.

Əmir Abdullahyan deyib: “Ümidvarıq ki, Ermənistan dövləti öz qərarına yenidən baxacaq, məzlum və köçkün düşmüş Fələstin xalqına kömək istiqamətində lazımi tədbirlər görəcək.”

İslami Şura Məclisində Fələstin İnqilabına Dəstək Beynəlxalq Konfransın Daimi Katibliyinin baş katibi açıqlamasının sonunda Qüdsü işğal etmiş rejimi qondarma adlandıraraq deyib: “İran İslam Respublikası Fələstinin müsəlman, xristian və yəhudi olmasından asılı olmayaraq əsli sakinlərinin öz talelərini təyin etmək haqqına təkid edir və inanırıq ki, sionistlər işğal edilmiş ərazilərdə hətta yəhudiləri də girov götürüblər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button