AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatSosialXəbər lentiXəbərlər

Pakistanın baş naziri: Pakistan şiələri Məhərrəmlik əzadarlıqlarını iranlı heyətlərdən nümunə götürməklə keçirə bilərlər

Pakistanın baş naziri çıxışında deyib: “İranda təqlid mərcələri əzadarlıq vaxtı səhiyyə tövsiyələrinə riayət etməyi vacib biliblər. Gözləntimiz odur ki, pakistanlı şiələri də bundan nümunə götürəcək.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Pakistan baş naziri İmran Xan televiziyaya verdiyi müsahibədə deyib: “Mən öz şiə qardaşlarıma deyirəm ki, koronavirusla mübarizə üçün onların əməkdaşlıq etməsinə bərk ehtiyacımız vardır.”

İmran Xan vurğulayıb: “Koronaya yoluxmuş rəsmi statistikaları gördüm. Allaha şükür edirəm ki, bu xəstəliyə yoluxanların sayı azalıb.”

O əlavə edib: “Nə üçün ehtiyatsızlıq etməliyik və cəmiyyətimizdə narahatlıq yaranmalıdır? Bu iş səhvdir. Toplantılarda hamı maskadan istifadə etməlidir ki, koronavirusun yayılmasının qarşısı alınsın.”

Baş nazir daha sonra deyib: “Məhərrəm yaxınlaşıb. Bilirik ki, şiələr bu ayda əzadarlıqla məşğul olmaq istəyirlər. Lakin səhiyyə tövsiyələrinə də riayət etmək lazımdır.

Mən gördüm, İranda təqlid mərcələri fətva veriblər ki, Şəhidlər Sərvərinə (ə) əzadarlıq mərasimləri ötən illərdə olduğundan fərqli qaydada keçiriləcək və koronavirusun yayılmasının qarşısının alınması məqsədilə səhiyyə tədbirlərinə riayət etmək vacibdir.

Gözləntimiz odur ki, Pakistan şiələri də bunu özlərinə nümunə etsinlər. Ümidvarıq ki, koronavirus aradan qalxdıqdan sonra əzadarlıq məclisləri də ötən illərdə olduğu kimi keçiriləcək.”

İmran Xan deyib: “İndi vəhdət və birlik vaxtıdır. Hamımız maskadan istifadə etməli və səhiyyə tədbirlərinə uyğun əməl etməliyik. Beləliklə, xəstəliyin azalması ilə onun şükrünü yerinə yetirməliyik.”

Xatırladaq ki, son günlərdə Pakistanda koronavirusa yoluxanların sayı diqqəti çəkən həddə azalmışdır və İslamabad hökuməti bunu diqqətli karantin rejiminin nəticəsi hesab edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button