ArxivIslamXəbər lentiXəbərlər

“Zindanları gülüstana çevirən əlamdarımıza…”

Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadənin mövludu münasibətilə siyasi məhbuslardan təbrik məktubu gəlib.

15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Nardaran məhbusları, siyasi məhbuslar Fərhad Muradov, Seyfəddin Şirvanov, Sahil Rzalı, Şamil Abdulalıyev MBH sədri Tale Bağırzadəni ad günü münasibətilə təbrik ediblər.

“Müsəlmanların yeddinci imamı imam Musa Kazim (ə) ömrünün 35 ilini imamlıq etdi. İmamın nüfuzunun artdığını görən abbasilərin zalim və qəddar xəlifəsi Harun ər-Rəşid onu zindana saldırır.

İmam Museyi Kazımın (ə) zindanlarda da insanların ancaq sevgisini, rəğbətini qazandığını görən Harun ər-Rəşid qorxuya düşür.

Aradan əsrlər keçib və bu gün hər iki şəxs tarixdə yaşayır. Zamanın ən böyük hökmdarlarından olan Harun ər-Rəşid zalımlığı, qəddarlığı ilə, nifrətlə anılıb, lənət oxunur. İmam Museyi Kazım sevgi ilə, məhəbbətlə anılır. Onun ilahi sevgisi insanların qəlbini imanla, səadətlə, dinə sədaqətlə doldurur. Onu sevgi ilə anıb, rəhmətlə yad edirlər. Bu əslində anlayanlar üçün dünyada Yaradanın insanlara göndərdiyi saysız-hesabsız mesajlardan biridir.

Bu müvəqqəti dünya əslində doğrudan da, bir teatr səhnəsidir. Biz o səhnədə müsbət və mənfi obrazları özümüz seçirik. Bəşəriyyətin bu qədər yaxşılığa ehtiyacı olduğu halda, vay münafiq, zalım, qəddar rolları seçənlərin halına. Müvəqqəti yaşamın məkanında bu rollarla qazandıqlarımız əbədi olan dünyada bizimlə olacaqlar. Kimə ürəkdən, sevgi ilə göndərilən alqışlar, kimə qəzəbdən düyünlənmiş yumruqların, qisas hissi ilə alışan sındırılmış qəlblərin naləsi qalacaq.

Bu gün Müsəlman Birliyi Hərakatının sədri, siyasi məhbus, əqidə qardaşımız Tale Bağırzadənin doğum günüdür. O, 35 yaşını da zindanda qarşılayır. Bu yaş zindanları gülüstana çevirən İmam Museyi Kazımın (ə) imamlıq tarixi qədərdi. Burda da bizlərə bir ilahi mesaj var.

Tale Bağırzadə bu gün zindanları gülüstana çevirən, zindandaykən belə hər gün daha çox insanların qəlbinə ilahi sevgi ilə dolan əlamdarımızdı. Qardaşımızın mövludunu təbrik edirik! Cismi zindanlara sığsa da ruhu dünyalara sığışmayan qədər dəyərli qardaşımıza mübarizəsində uğurlar, daha böyük məqamlar arzulayırıq!

Fərhad Muradov

Seyfəddin Şirvanov

Sahil Rzalı

Şamil Abdulalıyev

15 saylı Cəzaçəkmə Müəssisəsi

2019-06-23”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button