ArxivXəbər lentiXəbərlər

“Bizdən ölənlərin sayı təxminən 300 nəfərdir” – erməni saytının etirafı

Cəbhədə hərbi eskalasiyanın şiddətləndiyi son iki gündə Ermənistan tərəfi həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan böyük tələfata məruz qalıb. Bu barədə Ermənistanda fəaliyət göstərən planetaarmenia.ru saytı xəbər yayıb.

Musavat.com-un verdiyi xəbərə görə, sayt qeyd edir ki, Hadrutda olan mənbə bildirib ki, hospitalda onlarla ölən və yaralanan hərbçi yerləşdirilib. Onların sırasında yüksək və kiçik rütbəli zabitlər də var. “Ölənlərin sayı təxminən 300-nəfərdir” – planetaarmenia.ru saytı qeyd edir. Mülki əhali arasında da ölənlərin olduğu qeyd olunur.   

Erməni saytı “düşmən tərəfindən” sıradan çıxarılan hərbi texnikanın onlarla olduğunu qeyd edir. Bunlar arasında avtomobillər, ağır zirehli maşınlar, artilleriya qurğuları var. Qeyri-rəsmi xəbərə görə, sıradan çıxarılan hərbi texnikanın sayı 50 civarındadır. 

Sayt mülki əhalinin evlərindən qaçdığını, habelə əsgərlərin fərarilik etdiyini yazır. 

Bildirilir ki, erməni xalqının ümidi yalnız vaxtilə Qarabağda vuruşmuş veteranlaradır.

Bizdən ölənlərin sayı təxminən 300 nəfərdir - erməni saytının etirafı  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir470/img2046833.jpg' target='_blank'>Yüklə</a>

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button