ArxivIslamXəbər lentiXəbərlər

O parlamentin nə əhəmiyyəti vardı ki, bu parlamentin olsun

  • Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasının sonunda deputatların V çağırış parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə Prezidentinə ünvanlanan qərar layihəsi səsverməyə çıxarılıb. 
 Milli Məclisdə çoxluq təşkil edilən YAP üzvləri parlament sədrinə müraciət edərək belə vəziyyətdə növbədənkənar seçki keçirilməsinin zəruriliyini ifadə ediblər.
Parlamentdə təmsil olunan digər partiyalar və həmçinin heç bir partiyanı təmsil etməyən şəxslər də parlamentin fəaliyyətinin mümkünsüzlüyünü düşünürlər. Milli Məclis qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilsin.
Məsələni şərh edən politoloq Zərdüşt Əlizadə Toplum TV-yə bildirib ki, Azərbaycan Respublikasının Dövlət sistemində parlamentin heç bir əhəmiyyəti yox idi: “Məgər o, həqiqətən, xalqın seçdiyi, xalqın iradəsini ifadə edən hakimiyyəti qorudu? Xeyr. O, Prezident Adminstrasiyasında təsis olunmuş rəsmi görüntü səciyyəsi daşıyan kontentin idarəsidir. Onu necə təyin etmişdilərsə, indi də qərara alıblar ki, dəyişsinlər”.
Zərdüşt Əlizadə deyir ki, növbəti parlament də xalqın iradəsi ilə formalaşmayacaq: ”Yeni Prezident Adminstrasiyasında müəyyənləşdirilmiş siyahı ilə qərar qəbul olunacaq. Bir mərasim təşkil edecəklər, adını ümumxalq seçkisi qoyacaqlar. Xalqın bura heç bir aidiyyatı olmayacaq. Burda müzakirə ediləcək heç bir şey yoxdur. O birisi parlamentin nə əhəmiyyəti var idi ki, bu parlamentin də əhəmiyyəti olsun?”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button