ArxivXəbər lentiXəbərlər

Səid Məhəmmədzadə: Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu iqtisadi əlaqələrin inkişafına təkan verəcək

İran 4 il ərzində dəmir yollarının inkişafı üçün 5 milyard ABŞ dolları həcmində investisiya yatıracaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Məhəmmədzadə deyib. Onun sözlərinə görə İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tam istifadəyə verildikdən sonra dəmir yolu ilə daşınan yüklərin həcmi 25 milyon tona çatacaq. Eyni zamanda nəqliyyat xərclərinə ödənilən vəsaitdən 250 milyon dollara qənaət ediləcək.

S. Məhəmmədzadə qeyd edib ki, Avropa İttifaqı (Aİ) ölkələri İrana 11 milyard dollar həcmində ixrac əməliyyatı həyata keçiriblər. İran isə Aİ ölkələrinə 10 milyard dollar həcmində ixrac əməliyyatı həyata keçirib. Ötən illər ilə müqayisədə bu rəqəmlər artıb. Gələcəkdə də artacaq. Bu rəqəmlər yalnız İran ilə Aİ ölkələri arasındakı ixrac və idxal əməliyyatlarının həcmini göstərir. Cənub-Şərqi Asiya ölkələrinin də Avropa ölkələri ilə ticarət və iqtisadi əlaqələrini nəzərə alsaq yükdaşımanın həcminin böyük miqyasda artacağını müşahidə edə bilərik. Bu yüklər isə İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınacaq.

Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasındakı fəaliyyətini yüksək qiymətləndirən S.Məhəmmədzadə bildirib ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu beynəlxalq yük daşımaları həyata keçirməklə yanaşı iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin də inkişafına böyük təkan verəcək.

Rabil Kətanov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button