AktualAktualArxivIslammədəniyyattahlil va magaleTarixXəbər lentiXəbərlər

Nikbət günü

1917-ci ildə istismarçı İngiltərə dövləti Fələstin ərazisində yəhudilər üçün milli ölkə yaradılmasına öz dəstəkyini elan etdi. Bundan sonra sionistlərdən ibarət bir qrup ingilislərin dəstəyi ilə Fələstinə daxil oldu. Yəhudilər sionist qəsəbələri yaratmaq məqsədilə fələstinlilərin torpaqlarını satın almağa başladılar. Bu məsələ onlarla fələstinlinin öz evlərindən didərgin düşməsinə səbəb oldu.

Lakin fələstinlilər bu hərəkətlərin qarşısında təslim olmadı və onların müqaviməti 1936-cı ildə ingilis imperializmi və sionist istismarçılığı əleyhinə ərəb inqilabı yaratdı.

İngilislər 1939-cu ildə ərəb inqilabını dağıtdılar və bu o vaxt idi ki, fələstinlilər özlərini iki düşmən qarşısında gördülər: ingilis istismarçı qüvvələri və sayları 40 minə çatan silahlı sionist partizanları.

29 noyabr 1947-ci ildə BMT Fələstinin yəhudi və ərəb olmaqla iki dövlətə parçalanması planını təsdiq etdi. O zaman yəhudilər Fələstin sakinlərinin üçdə birini təşkil edirdi. Onların da çoxu son illərdə Avropadan buraya gələnlər idi. Yəhudilər Fələstin ərazisinin cəmi 6 faizində məskunlaşmışdılar. Lakin BMT-nin bu planı Fələstinin 55 faizini yəhudilərə verdi.

Fələstinlilər və onların ərəb müttəfiqləri BMT-nin bu planını qəbul etmədilər.

Nikbət (fəlakət) günü fələstinlilərin və dünya müsəlmanlarının yüz minlərlə fələstinlinin kütləvi şəkildə məcburi olaraq öz yurdlarından çıxarıldığı, qondarma İsrail rejiminin 14 may 1948-ci ildə müstəqillik elan etməsinə verildiyi addır.

14 may 1948-ci ildə ingilislər Fələstindən çıxmağı qərara aldılar və həmin gün ingilislərin qəyyumluğu altında yəhudi agentliyi icra komitəsinin o vaxtkı sədri Ben-Qurion rəsmi olaraq yəhudi dövlətinin yarandığını elan etdi.

1948-ci ildə Fələstin müharibəsində 700 min fələstinli öz ata-baba torpaqlarından köçkün düşdü, yüzlərlərə şəhər və kənd sakinsiz qaldı və ya dağıdıldı. Sayları bir neçə milyona çatan Fələstinli köçkünlər və övladları İordaniya (2 milyon nəfər), Livan (327057 nəfər), Suriya (377700 nəfər), İordan çayınn qərb sahili (877107 nəfər), Qəzzə (1100000 nəfər) və İsrail (250000 nəfər) məntəqələrinə səpələndilər.

Bir neçə dəqiqə ərzində düyanın iki böyük supergücü olan Amerika və SSRİ işğalçı sionist rejimini rəsmi tanıdı, beləliklə fələstinlilər dövlətsiz qaldılar.

Bundan sonra sionist rejimin fələstinliləri öz yurdlarından tamamilə çıxartmaq üçün planlarının icrası davam etdi və sionistlər bu günə qədər Fələstin simvol və miraslarını məhv etmək üçün bütün təlaşlarını işə salıblar. Bu məsələ milyonlarla köçkün fələstinlinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button