ArxivXəbər lentiXəbərlər

İraqda azərbaycanlı qadınlara edam cəzası verilib

Valideynləri Mosuldakı hərbi əməliyyatlarda ölən 20 uşaq İraqdan Azərbaycana qaytarılıb.

qafqaz.ir Oxu.Az-a istinad xebere gore, bununla bağlı məlumatı “İnterfaks-Azərbaycan”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov verib.

“İraq hökumətinin İŞİD terror təşkilatına qarşı əməliyyatı zamanı valideynlərini itirən 20 uşaq Azərbaycana qaytarılıb və yaxın qohumlarına təhvil verilib”, – o bildirib.

Onun sözlərinə görə, uşaqların uzun müddət din-ideoloji müharibənin getdiyi yerlərdə yaşamasını və təsirlənməsini nəzərə alaraq, onların hazırda bərpası və cəmiyyətə inteqrasiyası üçün işlər aparılır.

“Bundan başqa, digər uşaqların da Azərbaycana qaytarılması üçün işlər davam etdirilir”, – sədr müavini əlavə edib.

S.Heydərov qeyd edib ki, İraq ərazisində məsuliyyətə cəlb edilən azərbaycanlı qadınlar da var.

“Onlardan bəzilərinə qarşı ölkə qanunlarına uyğun olaraq edam cəzası çıxarılıb. Digərləri ilə bağlı araşdırmalar davam etdirilir”, – o deyib.

Sədr müavini bildirib ki, Azərbaycan vətəndaşlarına aid bütün məsələlər, o cümlədən onların vətənə qaytarılması üçün İraq hökuməti ilə danışıqlar aparılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button