ArxivXəbər lentiXəbərlər

Müxaliətin mitinqinə icazə verilməsə, hansı addımlar atılacaq?

Müxalifət birgə mitinq keçirməyə qərar verib və mitinqin vaxtı məlum olub. Mitinq martın 10-da, saat 15:00-a təyin olunub.
 qafqaz.ir ralurs.tv-ya istinad xebere gore.Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, mitinqlə bağlı müraciət artıq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib.
Aksiyanın əsas şüarları “Monarxiyaya son”, “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya son”, “Bahalaşmaya etiraz edirik” olacaq.
 Bəs, görəsən, Bakı Şəhər İcra Hakimiyyəti bu müaricəti qəbul etməsə, Milli Şuranın və Müsavat Partiyasının sonrakı addımı nə olacaq?
 Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov Toplum Tv-yə açıqlamasında bununla bağlı hələ ki qərarın verilmədiyini qeyd edib: “Birgə mitinq hakimiyyəti qıcıqlandıra bilər.
Amma birgə mitinqlərdən söhbət gedirsə, birgə fəaliyyətdən söhbət gedirsə, icazəli mitinqlərə icazə verilməsə, sonrakı addımlar barədə  birgə qərar verilməlidir”.
Milli Şuranın sədri Cəmil Həsənli də cavaba uyğun olaraq adekvat qərarın veriləcəyini deyib:  “Hakimiyyətin cavabı gələndən sonra Milli Şuranın Koordinasiya Mərkəzi və Müsavat Partiyasının Divanı toplanıb o cavaba adekvat addım müəyyənləşdirəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button