ArxivXəbər lentiXəbərlər

Əkrəm Əylisliyə qarşı cinayət işi açıldı

Yazıçı Əkrəm Əylisliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə “Turan” agentliyinə onun oğlu Nəcəf bildirib.

Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıqda ittiham olunur.

Bununla belə, yazıçının pasportunu qaytarıblar.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Əkrəm Əylisli oğlu İlyas Əylisli ilə birlikdə martın 30-da səhər saatlarında Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Əkrəm Əylislinin həyat yoldaşı Qalina Əylisli bildirib ki, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin hava limanında saxlanması ilə bağlı xəbərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin Publika.az-a verilən məlumatda bildirilir ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Qeyd edək ki, Əkrəm Əylisli “Daş yuxular” romanına görə, prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü” və “Azərbaycan Respublikasının xalq yazıçısı” rəxri adından məhrum edilibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button