ArxivIslamNardaranSosialXəbər lentiXəbərlər

Nardaran məhbusu aclıq aksiyasına başladı

Nardaran hadisələri zamanı həbs olunan Cahad Babakişizadə Qobustan həbsxanasında təzyiqə məruz qalıb.

 

Bu barədə redaksiyamıza Cahad Babakişizadənin yaxınları məlumat veriblər.

 

Məlumatı olduğu kimi təqdim edirik:

 

“Ədliyyə Nazirliyinin Pentesiar xidmətində tez-tez baş qaldıran narahatlıqların əksəriyyəti həbsxana rəhbərliyinin dustaqlarla şəxsi qulu kmi davranışlarına görə olur. Onlara qarşı vəhşi, alçaldıcı rəftar, təhqir dolu davranış sonunda fiziki güc və karserdə amansız işgəncələrlə nəticələnir.

 

Belə bir davranışın qurbanı olan Qobustan həbsxanasında cəza çəkən Cahad Babakişizadə ötən həftə heç bir səbəb göstərilmədən həbsxana rəhbərliyi tərəfindən bir həftə karserə salınmaqla cəzalandırılıb. Dünən özünün yarımçıq qalmış telefon zəngində həbsxana rəhbərliyinin işgəncələrinin artıq dözülməz olduğunu söyləyərək o, tək çarə kimi aclıq elan edərək ağzını tikəcəyini deyib. Cahad rəisin vəhşi davranışlarını, alçaldıcı əməlləri şəxsiyyətinə təhqir kimi qiymətləndirib. Söhbəti yarımçıq qalan Cahadın yəqin ki, telefon zəngini həbsxana rəhbərliyi kəsib. Bu gün ailəsinin aldığı məlumata görə, Cahad Babakişizadə dünən kəsilən telefon zəngindən sonra aclıq aksiyasına başlayıb.

Həbsxanalarda belə insanlığa sığmayan danranışlar hər ötən gün zatən gərgin olan vəziyyəti daha da pisləşdirincə ailələr öz övladlarının durumundan haqlı olaraq narahatdırlar. Cahad Babakişizadənin ailəsi də oğullarının vəziyyətindən, onun sağlıq durumundan nigarandırlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button