ArxivFatimi yaşayişIslamNardaranXəbər lentiXəbərlər

Nardaran məhbusu Prezident İlham Əliyevə müraciət etdi

  • Nardaran məhbusu, hazırda 15 saylı Cəzaçəkmə Müəssiəsində saxlanan Mehman Məmmədov ölkə başçısı İlham Əliyevə müraciət edib.

Vetenugrunda.az-a ünvanlanan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

“Mərhəmətli Bağışlayan Allahın adıyla

O Allahın adıyla başlayıram sözümü ki, Allah Təla həzrətləri pakdır, bütün eyib və nöqsandan uzaqdır. Nən Məmmədov Mehman Sudeyf oğlu. Bu gün Həzrəti peyğəmbərimizin əziz övladı Həzrəti İmam Zaman Ağanın (ə.f.) mövlududur. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm və Allahdan istyirəm ki, İmam Mehdi Sahib Zaman Ağaya xatır inşallah dünyada və ölkəmizdə tüğyan edən bu xəstəliyi dəf eləsin .

Azərbaycanın çox mənəviyyatlı, pak əziz və izzətli, iffətini qoruyan vətəndaşlarının da bu müracitdən xəbərdar olmalarını istəyirəm.

4 il 4 aydır zindandayam. İlk dəfədir ki, prezidentimizə müraciət edirəm:

Cənab Prezident İlham Əliyev, siz həmişə deyirsiniz ki, bizim siyasətimiz ədalət üzərində qurulub və deyirsiz ki, heç bir dövlət məmuru vətəndaşlara yuxarıdan aşağı baxmamalıdır. Siz hər zaman çıxışlarınızda milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini vurğulayırsız və bu dəyərləri qorumağı məsləhət görürsünüz. Bu üç mühüm məsələ sizin fikirinizdi. Belə başa düşmüşəm ki, siz Uca Allahın əslində bəndələrindən nə istədiyindən xəbərdarsınız.

Birinci ədalətdən başlayım. Uca Allah deyəndə dərhal bəşər əhlinin yadına ədalət düşür. Ona görə ki, Allah ədalətlidir. İndi biz sizdən ədaləti istəyirik. O ədaləti istəyiik ki, sizin dediyiniz milli-mənəvi dəyərləri qoruyan Allah adamları heç bir günahları olmadığı halda hərəsi 10 illərlə cəza alıb və zindanlara salınıb. Bu Allahın Yolunu tutan məhbusların zindanlardan azad etmənizi istəyirik.

O ədaləti istəyirik ki, kimlərsə vəzifələrini itirməmək üçün və özlərini sizə sadiq, fəal göstərmək üçün qeyri-qanuni şəkildə Nardaran kəndində fitnə saldılar. Siz Nardaran hadisəsinə ədalətli qiymət versəniz bu ədalətli addım olar.

Məgər biz Allah və xalq dostları, terrora hazırlıq, ölkədə vahimə, xaos yaratmaq kimi ağır ittihamlarla şərləyib zindanlara salmaq ədalətsizlik deyilmi?

Cənab Prezident, sizin son islahatlarınız-Nardaran hadisələrini törədən bəzi məmurları işindən azad etməyiniz ədalətli addım oldu. Amma bu ədalətli addımınız o zaman kamil olar ki, biz günahsız məhbusları zindanlardan azad edəsiniz.

Nardaran kəndini sizə radikal kimi təqdim edənlər bununla da bütün Azərbaycan xalqını radikal kimi təqdim edirlər. Çünki Nardaran Azərbaycan sözü ilə eyni məna daşıyır-ODLAR DİYARI.

Bizlər Ayətullah Şeyx Məhəmmədəmin Nardaraninin, Ayətullah Şeyx Əhməd Nardaraninin, Ayətullah Şeyx Rəsul Nardaraninin, Ayətullah Şeyx Həsənağa bəy Nardaraninin və belə hörmətli, izzətli şəxsiyyətlərin övladlarıyıq ki, biz dövlətimizi, xalqımızı, ölkəmizi sevməyə bilmərik. Bu adlarını çəkdiyim kişilər 1918-ci ildə Demokratik Azərbaycan Respublikasının yaranmasında mühüm rol oynayıblar, öz töhfələrini veriblər. Mən bu gün soyadımda adını daşıdığım ulu babam Məhəmməd 1918-ci ildə Bakıya hücum edən ermənilərə qarşı döyüşüb və bu döyüşdə Şəhid olub.

Demək istəyirəm ki, biz vətəni üçün canından keçən, xalqı üçün, dəyərləri üçün Şəhadəti seçən insanların övladlarıyıq və son nəfəsimizə qədər babalarımızın başladığı müqəddəs Yolun yolçuları olacağıq.

Biz belə şəxsiyyətlərin övladlarıyıq. Bizi vətənə, xalqa qarşı çıxmaq ittihamıyla şərləyib zindanlara atmaq böyük ədalətsizlikdir.

Cənab Prezident, bizlər Allaha, onun Rəsuluna və pak Əhli Beytə iman gətirmişik ki, Allaha ibadət və xalqa yaxşılıq edək. Əgər bu pak insanları azad etsəniz dediyiniz ədalət və milli mənəvi dəyərlərə qiymət vermiş olarsız. Əksinə olsa, Allah özü ədaləti bərpa edəcək. Bu xəstəliyin tüğyan etdiyi bir vaxtda bizləri kütlənin içində saxlamaq bilərəkdən öldürmək deməkdir. Biz haqqımız olan azadlığımızı istəyirik. Əks halda biz dünyaya yayılan və sizin göstərişinizlə Azərbaycanda karantin rejimin səbəb olan bu xəstəlikdən ölsək Azərbaycan xalqına vəsiyyət edirik ki, bizi onlar dəfn etsinlər. Sadaqaallahuül aliyyul azim”.

Xatırladaq ki, Mehman Məmmədov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham irəli sürülüb: terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və s.

2017-ci il dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə “Nardaran işi-3” üzrə 12 müttəhimə hökm oxunub. Qrupda təmsil olunan Mehman Məmmədov 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Müttəhimlər özlərini günahkar saymayaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldıqları işgəncələrdən danışıblar.

Qeyd edək ki, Mehman Sudeyf oğlu Məmmədov 1980-ci il oktyabrın 11-də Bakının Nardaran qəsəbəsində anadan olub.

Ailəlidir 3 azyaşlı övladı var-Hüseyn 12, Fatimə 11, Aygün 6 yaşındadır.

Həbsdə olduğu 4 il 4 ay müddətində daim mədə bağırsaq xəstəliyindən əziyyət çəkib və dəfələrlə müalicə alıb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button