ArxivIslamNardaranXəbər lentiXəbərlər

Nardaran işi üzrə həbs edilmiş şəxsin səhhəti pisləşib

“Müsəlman Birliyi” hərəkatının həbs cəzası çəkən fəalı Abbas Hüseynovun səhhəti kəskin pisləşib. Bu barədə onun bacısı Sevinc Hüseynova bildirib.
Onun sözlərinə görə, fəal DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq zamanı, daha sonra Qobustan həbsxanasında məruz qaldığı işgəncələrin nəticələrindən əziyyət çəkir.
“Abbasın uzun müddətdir ayaqları şişir, iltihabdan sonra qızdırması qalxıb. Vəziyyəti çox ağırdır, amma onu müalicə müəssisəsinə köçürmürlər”, deyə Hüseynova bildirib.
Yanvarda qardaşı Qobustan həbsxanasında ağır işgəncələrə məruz qoyulub, bundan sonra ayağında ciddi travma yaranıb.
“Bakı İstintaq Təcridxanasına gətirildiyində onun ayağı şişmiş və qaralmışdı. Oradan onu gizlicə müalicə müəssisəsinə köçürüblər və əməliyyat ediblər. Abbas bir qədər yaxşılaşdıqda onu 8 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Amma indi onun ayağı yenə şişib və qızdırması qalxıb və o, ayaq üstündə dayana bilmir”, deyə Hüseynova bildirib.
“Vəkilləri kənarlaşdırırlar. Əvvəlcə Yalçın İmanovu kənarlaşdırdılar, indi də Fariz Namazlını cəzalandırmaq istəyirlər. Bizə kömək edəcək vəkil tapa bilmirik”, deyə Hüseynova bildirib. O, mayın 13-də Ombudsman Aparatına müraciət edib.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində Hüseynova zəruri tibbi yardımın göstərilmədiyi haqqında iddianı təkzib ediblər. Müalicə müəssisəsinə köçürülmə qərarları həkimlərin rəyləri əsasında qəbul edilir, deyə xidmətdən bildiriblər. Amma Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, Abbas Hüseynov 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində xüsusi əməliyyat zamanı həbs edilib, sonradan 20 il müddətinə azadlıqdan məhrum edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button