ArxivXəbərlər

Taksi sürücüləri qazanclarının böyük hissəsində məhrum olacaq

1743

Artıq bütün taksilərə sayğac və posterminal quraşdırılacaq. Bunu Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

O qeyd edib ki, artıq bu qərardan sonra hər kəs taksi xidməti ilə fəaliyyət göstərə bilməyəcək. Taksilərin fəaliyyətlərinə təbiq oluncaq yeni qaydalar haqqında çoxdan idi ki, söhbətlər gəzirdi. Amma görünür Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ərəfəsində yenidən taksilərlərlə bağlı fəaliyyətə keçiləcək.
Bu barədə Deyerler.org-a fikirlərini bölüşən şəhərdə taksi fəaliyyəti ilə məşğul olan Şahin Göyüşov bildirib ki, hal-hazırda taksilər sadələşdirilmiş vergi ödəməklə fəaliyyət göstərir: “Amma bu qərardan sona taksilərə, sayğac, həm də posterminal yerləşdirmək istəyirlər. Bu o deməkdir ki, qərardan sonra taksilər qazanclarının 4%-ni ödəməli olacaqlar. İndi rəsmən lisenziya alanda aylıq 18 manat ödənilir. Bu pulun daxilində həkim nəzarəti də daxildir. Bütün bu qanunlar taksilərin fəaliyyətlərinin nəzarətə götürülməsi ilə əlaqədardır”.

Digər taksi şoferi Anar Qurbanov isə bildirib ki, yeni qanunlar lisenziyalı taksilər üçündür: “Bu qərarların həm şərnişinə, həm də sürücülərə ziyanlı tərəfləri var. Məsələn 20 yanvar dairəsində işləyən taksilər adambaşı 1 manatdan aparırlar. Amma lisenziya ilə fəaliyyət göstərən taksilər həmin yolu 20 manatdan aşağı aparmayacaqlar. Mənim maşınıma lisenziya verilmir. Lisenziya 2005-ci ildən yuxarı, ağ rəngli, üstü damalı olmalıdır. Bizim maşınlara fərqlənmə nişanı verilə bilər. Fərqlənmə 57 manatdır. Mən o qədər qazanmıram axı bu məbləği də verməyə imkanım olsun. Fərqlənmə nişanı adətən bir yerdə dayanan taksilərə sərf edir. Amma bu qərardan sonra yenidən ciddi nəzarətlər başlanılacaq. Yəqin hökumət bu sahəyə olan nəzarəti tam bərpa etmək istəyir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button