ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tiflisdə etirazçılarla polis arasında qarşıdurma

Paytaxt Tbilisidə “Gürcü Arzusu”nun mərkəzi ofisi qarşısında bir qrup ictimai aktivist etiraz aksiyası keçirib.

Gürcüstan KİV-lari xəbər verir ki, sözügedən ərazidə polis və etirazçılar arasında qarşıdurma yaşanıb.

Aksiya iştirakçıları 2020-ci il parlament seçkilərinin nəticələrinə etiraz ediblər. İctimai aktivistlərin məlumatına görə, polis bir neçə etirazçını saxlayıb. Aksiya hakim partiya üzvlərinin ofisdə keçirdikləri toplantı ilə paralel olaraq baş tutub.

“Gürcü Arzusu”nun aparıcı üzvləri mərkəzi ofis binasından ayrıldıqları zaman isə etirazçılar “qul-qul” şüarları sələndiriblər. Daha sonra isə polislə qarşıdurma yaşanıb.

“Gürcü Arzusu” ofisi qarşısında aksiya keçirən etirazçılar parlament binasına doğru yürüş ediblər.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button