AktualAktualArxivIslamQarabağSosialXəbər lentiXəbərlər

Nəsimi Əsgərov: Qarabağ müharibəsinin başa çatmasına səbəb Ali Məqamlı Rəhbərin bəyanatı oldu

Azərbaycan Respublikasının sosial media fəalı höccətül-islam Nəsimi Əsgərov deyib: “Qarabağ müharibəsinin başa çatmasına səbəb Ali Məqamlı Rəhbərin çox önəmli və müsbət bəyanatı oldu.”

Qafqaz Həqiqətləri xəbər verir ki, 16 noyabrda “Əhli-Beyt (ə) Davamçıları Beynəlxalq Vebinarı” keçirilib. Vebinarda Ali Məqamlı Rəhbərin Qarabağla bağlı baxışları araşdırılıb. Vebinarın natiqlərindən olan höccətül-islam Nəsimi Əsgərov deyib: “İran İslam Respublikası, xüsusilə də Ali Məqamlı Rəhbər və təqlid mərcələri Qarabağ müharibəsində Azərbaycan Respublikası hökumətinin və xalqının yanında oldu və Qarabağla bağlı fikirlərini bildirdilər.

Prezident İlham Əliyevin də vurğuladığı kimi İran hətta, öz quru və hava sərhədlərini də Ermənistanın üzünə bağladı. Halbuki, Ermənistanın digər qonşuları bu işi etmədilər.”

Sosial media fəalı daha sonra deyib: “İran İslam Respublikasının böyük bir ölkə olaraq Azərbaycan Respublikasına dəstək verməsi bizim üçün çox önəmli və dəyərlidir. Biz buna görə İrana təşəkkürümüzü bildiririk.”

Höccətül-islam Nəsimi Əsgərov çıxışının digər hissəsində Ali Məqamlı Rəhbərin Qarabğla bağlı  bəyanatına toxunaraq deyib: “İmam Xameneinin Azərbaycanın işğal edilmiş əraziləri barədə qısa və eyni zamanda çox mühüm bəyanatı hamı üçün son sözü tamamladı. Mən belə inanıram ki, Qarabağ müharibəsinin bitməsinin səbəbi də Ali Məqamlı Rəhbərin önəmli və müsbət bəyanatı oldu.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button