AktualAktualArxivFatimi yaşayişIslamNardaranXəbər lentiXəbərlər

Müstəqil Tələbələr İslami Qurumları Birliyinin beynəlxalq bölməsinin katibi: Azərbaycanda Nardaran hadisələri anti-sionist mahiyyət daşıyır

 

Şəhid Behişti Tibb Elmləri Universitetinin evsahibliyi ilə keçirilən “Biz Bir Ümmətik Konfransı”nın “Nardaran Azərbaycan Respublikasında İslami Müqavimət Simvolu” adlı toplantısında Muin Rəziyi deyib: “Azərbaycan Respublikasında Nardaran hadisələri anti-sionist mahiyyət daşıyır.”

Qafqaz Həqiqətləri “Daneshjo” informasiya mərkəzinə istinadla xəbər verir ki, Müstəqil Tələbələr İslami Qurumları Birliyinin beynəlxalq bölməsinin katibi Muin Rəziyi Azərbaycan, Fələstin, Suriya və digər İslam ölkələrinin universitet tələbələrinin iştirak etdiyi toplantıda deyib: “İslam İnqilabının Böyük Rəhbəri dəfələrlə vurğulamışdır ki, Amerika və dünya imperializmi ilə mübarizə aparmaq üçün müqavimət cəbhəsi tələbələrinin beynəlxalq cəbhəsi təşkil olunmalıdır. Müxtəlif islami ölkələrin müsəlman tələbələrinin iştirakı və əməkdaşlığı ilə keçirilən bu kimi toplantılar da qeyd olunan istiqamətdədir.”

  1. Rəziyi əlavə edib: “Biz hal-hazırda bütün İslam ölkələrindəki müsəlman bacı-qardaşlarımızın vəziyyətindən xəbərdar olmalıyıq və onlarla əməkdaşlıq etməklə müqavimət cəbhəsini gücləndirməliyik.”

Müstəqil Tələbələr İslami Qurumları Birliyinin beynəlxalq bölməsinin katibi daha sonra deyib: “Son illərdə sionist rejimlə Azərbaycan Respublikası arasındakı münasibətlər o qədər yaxınlaşıb ki, sionist rejim başçıları Azərbaycan Respublikasını özlərinin regionda ikinci qırmızı xətti hesab edirlər. Azərbaycan dövlətinin senzura qoymağa çalışdığı Nardaran hadisələri də əslində anti-sionizm mahiyyəti daşıyan bir hərəkət idi. Bu hadisədə azərbaycanlı qardaşlarımızdan bir neçəsi şəhid oldu və 4 ildir ki, hökumət Nardaran əhalisinə qarşı məhdudiyyətlər yaratmışdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button