ArxivXəbər lentiXəbərlər

AİP BŞİH-Ə MİTİNQ ÜÇÜN YENİDƏN MÜRACİƏT ETDİ

AİP bu gün paytaxt meriyasına dekabrın 21-də mitinq keçirmək qərarı ilə bağlı müraciət edib.

 Qeyd edək ki, İslam Partiyası ötən ay AİP sədri Mövsüm Səmədov və digər vicdan məhbuslarına qarşı yol verilən haqsızlıqlara etiraz etmək üçün noyabr ayının 16-da İnşaatçılar metrosunun yaxınlığındakı meydanda kütləvi aksiya keçirmək məqsədilə Bakı şəhər İçra hakimiyyətinə rəsmi müraciət ünvanlamışdı. Meriya həmin tarixdə mitinq keçirmək üçün AXCP-nin də müraciət etdiyini əsas gətirərək, İslam Partiyasının aksiya keçirməsinın məqsədəuyğun olmadığını bildirmişdi.

 Hakimiyyətə məlum idi ki, islamçıların mitinqi genişmiqyaslı olacaqdı. Yəni meriya aksiyanın yüksək səviyyədə keçiriləcəyindən ehtiyatlanaraq mitinqə icazə vermədi. Lakin İslam partiyası mitinq keçirmək qərarında israrlıdır və buna görə də Bakı Şəhər İcra hakimiyyətinə yenidən müraciət edib.

 Azərbaycan İslam Partiyasının rəhbərliyi ilə yaradılmış təşəbbüs qrupunun keçirmək istədiyi dinc toplantıda məqsəd torpaqlarımızı işğal etmiş qəsbkar Ermənistanı dəstəkləyən güclərdən ikili münasibətlərə son qoymaq və işğalçıya qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsi tələbidir. Eyni zamanda, xalqımızın ciddi narahatlığına səbəb olan və vətəndaşlarımızın iradəsini zəiflətməyə xidmət edən insan haqlarının pozulmasına, günahsız insanların həbsinə etiraz, ölkədə siyasi məhbus probleminin həll edilməsi, dini atributların süni qadağasının aradan qaldırılması tələbləri irəli sürüləcəkdir.

 Mitinqdə “Qarabağa azadlıq”, “İşğalçı rejimlərə ölüm”, “Qanunların aliliyinə təminat”, “Günahsız məhbuslara azadlıq”, “İslamçılar Vətənin dayağıdırlar”, “Konstitusiyaya hörmət”  şüarları səsləndiriləcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button