ArxivXəbər lentiXəbərlər

Müsavat Partiyası bəyanat yaydı

Müsavat Partiyası “Azadlıq” radiosunun Bakı ofisində həyata keçirilən axtarışı KİV-ə qarşı təqiblərin davamı kimi dəyərləndirir

Müsavat Partiyası “Azadlıq” radiosunun Bakı bürosunun ofisində aparılan axtarışla bağlı bəyanat yayıb. Bəyanatın mətnində bildirilir:

“Kütləvi informasiya vasitələrində yayılan məlumatdan aydın olur ki, bu gün təxminən saat 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları tərəfindən “Azadlıq” radiosunun “Caspian Plaza” mərkəzində yerləşən Bakı bürosunda axtarış aparılır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərinin verdiyi məlumatda bildirilir ki, “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Lakin cinayət işinin kimə və nəyə aid olduğu açıqlanmayıb. Axtarış haqda məhkəmə qərarı tə qdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir. Bu səbəbdən də axtarışın əsl səbəbini müəyyənləşdirmək mümkün deyil.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iki radio əməkdaşının da iştirakı təmin olunub.

Müsavat Partiyası “Azadlıq” radiosunun Bakı ofisində həyata keçirilən axtarışı KİV-ə qarşı təqiblərin davamı kimi dəyərləndirir, axtarışın əsl səbəbləri barədə Baş Prokurorluğun təcili olaraq məlumat verməsini və azad mətbuat üzərinə basqılara son qoyulmasını tələb edir”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button