ArxivFatimi yaşayişIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Müsəlmanlar Qarabağın işğaldan azad edilməsini dəstəkləməlidirlər – İranlı ayətullah

  • Müsəlmanlar Azərbaycanın Dağlıq Qarabağının işğaldan azad edilməsini dəstəkləməlidirlər.

Trend-in məlumatına görə, bu iranlı din xadimi Ayətullah Nasir Məkarim Şirazinin bəyanatında qeyd olunub.

N.Məkarim Şirazinin sözlərinə görə, din xadimləri də Qarabağın işğaldan azad edilməsinə dəstəyə təkid edirlər.

Nasir Məkarim Şirazi bildirib ki, Dağlıq Qarabağın illərlə işğal altında qalmasından sonra, son vaxtlar bu bölgədə müharibə yenidən alovlanıb və müsəlmanların qanı axıdılır:

“Bütün bu məsələlərdə məsuliyyəti işğalçı Ermənistan daşıyır. İstənilən vasitəçilik, müzakirə və yaxud qərar Azərbaycanın ərazilərinin tam şəkildə işğaldan azad olunması ilə nəticələnməlidir.

Səmavi dinlərə əsasən, bütün peyğəmbərlər, xüsusilə Həzrət İsa zülmdən uzaq olmuşdu. Buna əsasən bütün xristianlar Ermənistan hökumətinə öz vəzifəsini yerinə yetirməsi, işğalçılığa son qoyması, zülmlər etməkdən çəkinməsi üçün tövsiyələr etməlidirlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button