AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Müsəlman Jurnalistlər Birliyinin Ərdəbil Bölməsi və bir qrup jurnalist Azərbaycan Respublikasının mübariz ruhanisinin həbsini pisləyib

 

Müsəlman Jurnalistlər Birliyinin Ərdəbil Bölməsi və bir qrup jurnalist bəyanat yayaraq Azərbaycan Respublikasının mübariz ruhanisinin həbsini və Hindistan məzlum müsəlmanlarının qətliam edilməsini pisləyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Müsəlman Jurnalistlər Birliyinin Ərdəbil bölməsi və bir qrup jurnalist bəyanat yayaraq azərbaycanlı mübariz ruhani Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsini və Hindistan məzlum müsəlmanlarına qarşı qətliamı pisləyib, bu hərəkəti sionistlərin nüfuzu altında və müsəlmanların oyanışı, onların sionizm və böyük şeytan Amerika qarşısında müqaviməti ilə mübarizə istiqamətində baş tutduğunu vurğulayıb.

Bəyanat aşağıdakı kimidir:

Azərbaycan Respublikası tanınmış ruhanisi və AİP sədr əvəzi höccətül-islam Hacı İlham Əliyevin həbs edilməsi Ali Məqamlı Rəhbərin bu sözlərini xatırladır:

“Azərbaycan dövlətinin məsləhəti xalqın dini inanclarına hörmətlə yanaşmaqdadır. Belə ki, onlar dövlət tərəfindən dini məsələlərə qarşı narahatlıq hiss etməməlidir.”

Vəzifəsini tanıyan ruhani və müqavimət cəbhəsinin tərəfdarı Hacı İlham Əliyev Azərbaycanın dövlət təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış və heç bir sübut olmadan həbs edilmişdir.

Dünya müsəlman xalqlarının oyanışı və ölçülmüş hərəkətlərinə qarşı bu kimi addımlar zərrəcə təsir qoya bilməz. Belə inanırıq ki, bu mübariz ruhaninin həbsi sionistlərin nüfuzu altında və müsəlmanların oyanışı, onların sionizm və böyük şeytan Amerika qarşısında müqaviməti ilə mübarizə istiqamətində baş tutmuşdur.

Təcrübələr göstərmişdir ki, son illərdə Azərbaycan dövlətinin islamofob addımlarının hamısı əks nəticə vermişdir və cavanların bu ölkənin mübariz ruhanilərinə diqqətiçəkən dəstəyi İslam düşmənlərinin təlaşlarının nakam qalmasını sübut edən ən tutarlı dəlil sayılır.

Habelə, Hindistan müsəlmanlarının bir qrup ifratçı və irqçi hinduların əli ilə qətliam edilməsi dünya müsəlmanlarının qəlbini narahat etmişdir. Şübhəsiz, Hindistan müsəlmanlarına qarşı bu qəddar hücumlar Amerikanın məşum prezidentinin bu ölkəyə son səfəri ilə əlaqəsiz olmaya bilməz. Amerika bütün vəziyyətlərdə öz imperializm sifətini göstərmək üçün heç bir qeyri-insani və vəhşi hərəkətdən çəkinmir.

Müsəlman Jurnalistlər Birliyinin Ərdəbil Bölməsi və Ərdəbilin bir qrup jurnalisti Azərbaycanın mübariz ruhanisinin həbs edilməsini və Hindistan müsəlmanlarının qətliam edilməsini pisləməklə yanaşı dünyanın bütün azadlıqsevərlərini höccətül-islam Hacı İlham Əliyevə dəstək verməyə və ifratçı hinduların müsəlmanlara qarşı qətliam törətməsini pisləməyə çağırır, ümid edir ki, ölkəmizin diplomatik aparatı ifratçı hinduların vəhşi hərəkətlərinin dayandırılması istiqamətində uyğun addım atacaq və bunun üçün özünün bütün imkanlarından istifadə edəcək.

 

Müsəlman Jurnalistlər Birliyinin Ərdəbil Bölməsi və Ərdəbil əyalətinin bir qrup jurnalisti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button