ArxivIslamSosialXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatı Fransa hökumətinə etiraz etdi

Müsəlman Birliyi Hərəkatı Fransada hökumət səviyyəsində əziz İslam Peyğəmbərinin (s) təhqir olunmasına etiraz olaraq bəyanatla çıxış edib.

“Fransada həzrəti Muhəmməd peyğəmbərə (s) qarşı edilən karikatura təhqirilə bağlı Müsəlman Birliyi Hərəkatı etiraz bəyanatı verib.

Bəyanatda deyilir:
Fransada əziz peyğəmbərimiz həzrəti Muhəməd (s) haqqında edilən təhqiramiz karikatura hərəkəri bizi dərindən təəssüfləndirmiş və narahat etmişdir. Xüsusilə müsəlmanların haqqlı qəzəbinə səbəb olan bu hadisə təkcə İslama, müsəlmanlara deyil, bütün mənəviyyat və əxlaq normalarına, insaniyyətə qarşı edilmiş təhqir və alçaldıcı addım kimi dəyərləndirilməlidir.
Bu, həmçinin Qərb dünyasının siyasi və mədəni qurumlarının İslam və müsəlman cəmiyyətinə qarşı kin və inadını bir daha üzə çıxarır. Fransanın bəzi siyasətçilərinin özlərinə sərf edəndə qalxan kimi istifadə etdikləri söz azadlığı bəhanəsi isə, tamamilə səfsətədən ibarətdir.
Eyni zamanda Azərbaycanın haqq mübarizəsində, Ermənistanın işğalçı siyasətinə qarşı öz ərazi bütövlüyünü bərpa etmək işində Fransanın həm dövlət rəhbərliyi, həm də nüfuzlu qurumlarının, şəxslərinin əksəriyyətinin işğalçıya qahmar çıxmaları, ikili standarları onların digər məsələlərdə də nə qədər səmimi və ədalətli ola biləcəklərini göstərir. Və bu ilk deyil, belə mövqelərini tarix boyu bütün mövzularda bu və digər şəkildə sərgiləyiblər. Bu qəbildən olan düşməncəsinə addımlar imperialist qüvvələrin ali dəyərlərə qarşı olan dərin siyasətlərindən qaynaqlanır və zaman-zaman təkrarlanır. Adətən bu cür hallar, diqqətləri neoimperializmin böyük siyasi planlarıdan yayındırmaq məqsədi güdür.
Əlbəttə ki, onlar nə qədər çalışıb-vuruşsalar da, Allah Öz işini gerçəkləşdirməyə qadirdir. Zülmətin qaranlığında bəşəriyyətə günəş kimi işıq saçan əziz İslam Peyğəmbərinə (s) həqarət etməklə əslində öz əsl çirkin simalarını göstərməklə kimliklərini bir daha ortaya qoymaqdadırlar.
Müsəlman Birliyi Hərəkatı olaraq dini, milli, mənəvi, əxlaqi dəyərlərə qarşı bu qəbildən olan bütün mənfur, tərbiyəsiz və təcavüzkar əməlləri pisləyir və qınayırıq.
MBH İdarə Heyəti
25.10.2020″

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button