ArxivIslammədəniyyatŞəxsiyyətlərXəbər lentiXəbərlər

Murtəza Mütəhərrinin şəhadət ildönümüdür

Murtəza Mütəhərri kimdir?

1920-ci ildə, Xorasan vilayətinin Fəriman kəndində bir uşa dünyaya gəlir. Atası Şeyx Məhəmməd Hüseyn Mütəhərri onu İmam Əlinin (ə) şərəfinə Murtəza deyə çağırır. Din, elm və mənəviyyatla hörülən ailədə dini dəyərləri hələ körpə yaşlarından alan Murtəza ilkin təhsilini qəsəbə məktəbində alır. 12 yaşına çatdıqda isə onu təhsilinin davamı üçün atası Məşhəd şəhərinə gətirir və buradakı mədrəsələrdən birinə yerləşdirir. 1936-cı ildə, dörd illik təhsilini başa vuran Murtəza kamil təhsil əldə etmək üçün Qum şəhərinə gəlir. O burada 15 il İslam elmləri ilə məşğul olur, tədris imkanlarını genişləndirir. Qumun dəyərli elim adamları ilə təmasda olan Mütəhərri Ayətullah Təbatəbai Burucerdidən Molla Sədra fəlsəfəsinin, İmam Xomeynidən üsul və fiqh, Əllamə Məhəmməd Hüseyn Təbatəbai Təbrizidən İbni Sina təbabəti, Ayətullah Mirzə Əli Şirazidən irfan, Seyid Məhəmməd Hüccət, Seyid Sədrəddin Sədr, Seyid Məhəmməd Təqi Xonsari kimi dahi şəxslərdən müxtəlif mühim dərslər alaraq Ayətullah rütbəsinə çatır.

Təhsili ilə yanaşı tələbələr arasında fəallığı ilə də fərqlənən Mütəhərri tələbələr və müəllim heyyətləri ilə disskusiyalar aparır, şah rejminin İslam əleyhinə apardığı planlı işlərini pisləyərək onlara qarşı mübarizdə fərqlənirdi. 1952-ci ildə Mütəhərri təhsilinin bitirib Tehrana gəlir. Xüsusi elmi bilgiyə yiyələnən Ayətullah Mütəhərri Tehranda elmi işlərə xüsusi yer ayırır. İranin daxilində Qərbin şübhə toxumları əkdiyi fəlsəfi cərəyanlarını diqqətlə nəzərdən keçirən Mütəhərri ölkəsinin gəncləri arasında baş qaldıran çaşdırıcı məktəblərin təfəkkür sistemini yaxından öyrənir. Qərbin fəlsəfə banislərinin din daxilində azdirici fikirlərinə nəzər salan Mütəhərri onların yaratdığı şübhələrə təkcə din adına deyil məntiq və fəlsəfə baxışı ilə də cavab axtarır. Bu araşdırmaları ümumi kütlə qarşısında oxumaqla gəncləri azğınlıqdan qoruyan Mütəhərri çox qısa zaman daxilində İranda böyük uğur və məşurluq əldə edir. 1955-ci ildə o “Tələbə İslam Cəmiyyəti”ndə təfsir dərsləri qoyur. 1956-cı ildə isə Tehran unversitetinndə ilahiyyat fakültəsində müəllim kimi çalışmağa başlayır. Burada o yaranan şübhələri araşdıraraq Qərb ideologiyasının əslində çürük nəzəzriyyələrini üzə çıxararaq bunu aldadıcı və yayaındırıcı məktəbdən başqa bir şey olmadığını təkcə tələbələrə deyil, inancsız müəllimlərə də sadə nümunələrlə başa salır. 1959-cu ildə Ayətullah Mütəhərri “Müsəlman Təbiblər Cəmiyyəti”nə vaiz kimi dəvət olunur. Elmi fikirlərlə yanaşı inqilabi düşüncələri ilə də elmi cəmiyyət qarşısında çıxış edən Mütəhərri yeni elmi bir uğura da imza atmış olur. Əlbəttə, bu da qeyd olunmalıdır ki, Mütəhərrinin bu çıxışları İran şah rejminin kəskin qınaq və təzyiqi ilə də üzləşməyə bilməzdi. Lakin bütün təzyiqlər Ayətullah Mütəhərrinin istismar olunan xalqının acı taleyinə susqun yanaşmaq üçün əsas ola bilməzdi. Bu baxımdan o sərt çıxışları ilə dini camiə ilə yanaşı elmi sinfin də daxilində böyük nüfuz sahibinə çevrilir. Məhz bu münasibətlər 1962-ci il “15 Xordad” hərəkatının əsas təməl prinsipinə çevrilir. Əsas bazası Ayətullah Mütəhərrinin adutoriyasından təşkil tapan “15 xordat”çılar şah rejminin istismar siyasətinə yox deyərək küçələrə çıxır. Hərəkata öz çıxışları ilə təkan verə Mütəhərri İmam Xomeyni ilə sıx əlaqələri ilə hərəkatın növbəti mərhələsi üçün söhbətlər hazırlayır. Şahın qadağası ilə üzləşəcək növbəti addım çətın və təhlükəli olacağı aydın idi.
Ayətullah Müthərri bütün enerjisini bu istiqamətə qoyaraq məntiqi ilə mübarizə meydanının dərinliklərinə baş vurur. Məhz bu çıxışlar insan qanına susamış istismarçı şah rejminin canına titrəyiş salır. Kütlənin ayağa qalxması təhlükəsini qarşılamaq üçün rejim Ayətullah Mütəhərrinin həbsi üçün fərman verir. 1963-cü ildə Ayətullah Mütəhərri həbs olunur. Lakin kütlənin təzyiq və etirazı Tehtranda yaratdığı ajartaj səbəbi ilə qısa zaman kəsiyində Mütəhərrinin azadlığa çıxması ilə nəticələnir. Şah bu işə zərbəsi kimi İmam Xomeynini bu hərəkatdan uzaqlaşdırmasını mövcud zaman üçün ən ideal vasitə hesab edir. O bunula etiraza qalxan xalqın qəzəbini yatıracağına ümid edir. Elə buna görə də İmam Xomeyni həbs olunur və qısa zamanda ölkədən əvvəlcə Türkiyəyə, daha sonra isə İraqın Nəcəf şəhərinə sürgün edilir. Əlbəttə İmamın sürgünü ümumi kütlədə çaşqınlıq yaratsa da bunu Mütəhərrinin ünvanına əsla demək olmazdı. Lakin indi məsuliyyət hissi bir az da artıq Ayətullah Mütəhərrinin üzərinə düşürdü. O indi İmam Xomeyni təfəkkürünü İran xalqının varlığına daha geniş yaxınlaşdırmaq üçün çalışmalı idi. Tehranda ümumi kütlə qarşısında çıxışlar edən Mütəhərri İmam Xomeyni hərəkatının əslində bir İslam çağırışı olmasını diqqətə çatdıraraq bunun müdafiə edilməsini hər bir fərd üçün İlahi vəzifə olasını onlara bildirir. Bu ideoloji mübarizə şah rejminin stunlarını sirklələyəcəyi şübhəsiz idi. Çıxışların intensiv hal alması üçün 1967-ci ildə Ayətullah Mütəhərri tərəfindən Tehranda “İrşad” hüseyniyyəsi yaradıldı.
Demək olar ki, bu gün kitab halına salınan Ayətullah Mütəhərriyə aid kitabların bir çoxu bir zamanlar xütbə versiyasında Ayətullah Mütəhərri məhz bu hüseyniyyədə çıxış etmişdi. Beləcə çox qısa bir zamanda “İrşad” hüseyniyyəsi Tehranın strateji siyasi inqilabi bazasına çevrilir. Əksəriyyəti bir zamanlar “İrşad” hüseyniyyəsində lentə alınan və sonralar kitab halına salınan Ayətullah Mütəhərriyə məxsus ədəbiyyatın bir çoxu dilimizə də tərcümə olunmuşdur. Və bu gün də tərcüməsinə davam edilən ədəbiyyat hər bi şəxs üçün maraqa qarşılanmadan əlavə böyük bir məktəb, sonsuz bir məlumat mərkəzidir. Mütəhərri ədəbiyyatı üçün bir şəxsin dindar və ya qeyri-dindar olması önəmi deyil. Birbaşa insan pisixikasi ilə söhbət edən Mütəhərri insan fitrətinin məhrəm həmsöhbəti olma baxımdan hər təbəqəyə lazımlı və maraqlıdır. Bu onun geniş elmi düntyasından xəbər verən amillərdəndir. Heç təsadüfi deyildir ki, onun şəhadətindən sonra haqqqında söhbət edən müəllimi, böyük filosof Əllamə Məhəmədhüseyn Təbatəbai Təbrizi belə deyirdi: “Nə zaman dərs otağına daxil olub orada Mütəhərrini də tələbələr arasında görürdümsə qəribə bir ruhi rahatlığım olurdu. Əmin idim ki, nöqtəbə nöqtə nə danışıramsa hamısı Mütəhərrinin beyninə həkk olunur. O yeganə tələbəm idi ki, danişacağın hər sətrin lazım olan ünvana çatdığını yəqin edə bilirsən. Bütün tələbələr hadisənin fəlsəfi tərəfini düşününcə Ayətullah Mütəhərrinin baxışı fəlsəfi olduğu üçün nəticəsi də tez hasil olurdu. Heyif, heyif ki, o bizə lazım olduğu zaman biz onu itirdik…” Bu sətirləri göz yaşları ilə söyləyən Əllamə Təbatəbai Mütəhərri ilə elmi bəhslərdə tələbə müəllim deyil bir kolleqa olmalarından qürur duyduğunun da diqqətə çatdırırdı.

Ayətullah Mütəhərriyə məxsus aşağıdakı kitabların adını qeyd etmək olar:
“Materializmə yönəlmənin əsas səbəbləri”, “İnsan və tale”, “İlahi ədalət”, “İslam dünyagörüşünə bir müqəddəmə”, “Həzrət Peyğəmbərin (s) davranışına bir baxış” ,Həzrət Əlinin (ə) cazibəsi və dafiəsi” , “İmam Hüseynin (ə) qəhrəmanlığı” (3-cild), “İmam Məhdinin (ə.f.) qiyam və inqilabı”, “Əxlaq fəlsəfəsi”, “Hicab”, “Məsum İmamların (ə) həyatına bir baxış”, “Kamil insan”, “Qadın və kişi münasibətlərində əxlaq”, “Doğruların hekayəsi”, “Son yüz ildəki İslam qiyamları”, “Peyğəmbərliyin sonu”, “Hikmət və nəsihətlər”, “İslam və zamanın ehtiyacları” (2-cild), “Tövhid”, “İslam elmləri külliyatı”, “İslam təfəkkürünün dirçəldilməsi”, “Fəlsəfə prinsipləri və realizm metodları” (5 cild), “Marksizmə bir tənqid”, “İslamda təlim tərbiyə”, “Nəhcül bəlağəyə bir baxış”, “İnsan həyatında qeybi köməklər”, “Haqq və batil müharibəsi”, “Fitrət”, “Peyğəmbərlik”, “İmamət və rəhbərlik”, “Məad”, “Xatəmiyyət”, “Mənəvi azadlıq”, “İslamda qadın hüququ sistemi”, “Dörd yönlü dialoq”, “Cihad”, “Dərs oxumamış Peyğəmbər (s)”,  “Quranla tanışlıq” (1-14), “Hafiz irfanı”, “20 nitq”, “10nitq”, “6 məqalə”, “Ustadın cavabları”, “Riba”, “Mərifət məsələsi”, “İslam iqtisadiyyat sisteminə bir baxış” “Hicab haqqında tənqidlərə cavab”, “Tarix fəlsəfəsi” (4 cilddə), “15 nitq”, “5 məqalə”, “Hacc”, “Əsfar dərsləri”, “Mənzumənin şərhi”, “Fəlsəfi məqalələr”, “Ustadın qeydləri” (1-12…), “Vilaha və vilayətha”.
1976-cı ildə Ayətullah Mütəhərri İraqa siyasi sürgün edilən, mühacirətdə olan İmam Xomeyninin görüşünə yollanır. Bu səfər əslində artıq baş tutmaqda olan İslam inqilabi üçün son görüş rolunun oynayır. Təbii ki, hicrətdə olan İmam Xomeyni məramı ümumi kütlə tərəfindən qəbul olunmaq üçün cəmiyyətdə nüfuzla bərabər nitq, elm və şücaət də lazım olduğundan Mütəhərri bu nöqtədə seçilmiş ən mükəmməl namizəd idi. Qısa bir zamandan sonra İrana dönən Mütəhərri bütün diqqətini Ayətullah Xomeyninin görmək istədiyi İran İslam Respublikasının qurulması istiqamətinə yönəlir. Ayətullah Behişdi ilə six əmıkdaşlıq quran Mütəhərri qısa bir zaman daxilində İrana canlanma verir və fədakar iran gənclərini şah rejmini devirməyə qaldırır. Bununla da o Xomeyni ideyalarına İranda rəhbərlik edən əsas sima kimi meydana atılır. İraqda Xomeynini düşünən beynini İranda eyniliklə icraya keçirən Mütəhərri İranın daxılı qüvvəsini bir cəbhə olaraq toplamaqla etirazın dalğasını genişləndirə bilir. Və çox keçmir ki, İranda qüvvlərin birliyi kütləvi insan qətlinə baxmayaraq şahın xanədanını sirkələyə bilir. Öz xalqına qarşı amansız divan tutan şah xalqın haqq etirazını hər vasitə ilə yatırmağa çalışsa da baş tutmur. Hiddətlənmiş xalq öz müqəddəratının həllinə bütün varlığını qoyaraq şaha “Yox!” deyir. 1979-cu ildə İranın hər bir bucağı şah xanədanın devirə bilir və beləcə XX əsr dünyadasında ilk şiə dövləti qurulur.
Ayətullah Mütəhərri dövlətin qurulmasından sonra yaranacaq çətinliklərin heç də onu qurmaq qədəricəsindən az olmayacağını anlayır və elə buna görə idi ki, bütün güc və enerjisini qoyaraq dövlətin təməlini möhkəmlətməyə çalışır. Kütlə qarşısında çıxışlara qalxaraq bundan sonra azad İranın parlaq gələcəyini qurmaq üçün İran xalqına olan ehtiyacını dəfələrlə onlara bildirir. Beynində dolaşan çoxsaylı elmi fikirləri isə dövlətin təməl prinsiləri möhkəmlənəndən sonra həyata keçirəcəyini düşünərək yeni layihələr çəkir. Amma əfsus! Böyük dühanın elm dünyasında inqilabdan sonra nələr yaranacağı özü və Allahına bəlli ikən 1980 ci ildə, ilqilabdan heç bir illik zaman ötməmiş May ayının 2-də, saat 22:20 dəqiqədə İran daxili terror hərəkətləri ilə bir çox dəyərli şəxslərin həyatına son qoyan “Furqan” təşkilatının fəalları Ayətullah Mütəhərrinin alin nahiyəsinə açdıqları atəş nəticəsində onu Qum şəhərində şəhid etdilər.
Mütəhərrinin şəhadət xəbəri bütün İrani yerindən oynatdı. Qəlb yanğısı ilə bütün Mütəhərri sevənlər Quma daşındı. Ağılların almadığı bu acı həqiqət hər kəsi qüssə və göz yaşlarına qərq etdi. Mütəhərri ilə vida məclisi quruldu və xalq kütlələri dəyərli şəxsiyyətlə son dəfə ayrılmaq üçün onun cənazəsini ziyarət etdi. Böyük İnqilab Rəhbəri İmam Xomeynini göz yaşları ilə etdiyi vida xütbəsi isə bütün İranını yaşadığı hüznün göstəricisi idi. Ayətullah Mütəhəri Qum şəhərində Xanım Məsumənin (s.ə.) hərəmində dəfn edildi.
Ayətullah Mütəhərrini şəhid edən  “Furqan” təşkilatının fəalları və cənub qanadınını üzvüləri Həmid Nikham, Əli Bəsirli və Əkbər Qudərzi idilər. Əli Bəsri Filippin insitutunun diplomunu iki gün öncə alib İrana gələn və bilgisizlik üzündən təşkilat lideri Qudərzinin təsiri altına düşən şəxs idi. Ayətullah Mütəhərriyə də məhz atəşin onun açdığını özü etiraf edir. Digər iki şəxsin  Həmid Nikham və Əli Bəsirlinin isə bu işlə birbaşa və ya dolayısı ilə əlaqəsinin olması istintaqa məlum olmadı. Lakin istintaq dindirilmələri zamanı təşkilatın lideri Əkbər Qudərzi terroru o və adı qeyd olunan üç nəfərin iştirakı ilə həyata keçirdiyini etiraf etdi. Bundan sonra “Furqan” təşkilatının bütün üzvləri həbs edildi. 70-ə yaxın təşkilat üzvləri ölkətə törətdikləri bir çox qanlı cinayətlərin iştirakçısı olduqlarını etiraf etdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button