ArxivIslamXəbər lentiXəbərlər

Mühacir xanım siyasi məhbsularla bağlı etiraz aksiyasına başladı

  • Almaniyada yaşayan müsavatçı mühacir Günel Həsənova siyasi məhbuslarla bağlı aksiyaya qərar verib.

O bildirib ki, şərlənərək həbs olunmuş müsavatçı fəal Azad Həsənovun, jurnalistlər – Seymur Həzi və Əfqan Muxtarlının timsalında siyasi məhbsuların azad ediməsi tələbilə fərdi kampaniyaya start verib:

“Akisyanın əsas məqsədi, avropalıları xüsusilə də Alman cəmiyyətinin diqqətini çəkməkdir. İlkin olaraq hərkəsin problemini eyni anda deyil, fərdi şəkildə işıqlandırmağı məqsədəuyğun düşünürəm.

Təşəbbüsün reallaşması üçün aşağıdakı şəkildə işləniləcək:

1. İlk olaraq Azad Həsənovun və onun fəaliyyəti haqqında ingilis və almanaca məlumatın hazırlanması.
2. Bu məlumatı Alman cəmiyyətinə və Almaniyada fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırılması.
3. Azad Həsənovun azad olunması üçün Azərbaycan Respublikası Prezidentinə və Azərbaycanın Almaniyadakı səfirliyinə Alman vətəndaşlarının müraciətlərini təşkil edib və onun azad olunmasını tələb etmək.
4. Bundan başqa digər zəruri tədbirlərin təşkili”.

Günel Həsənova bu təşəbbüsün reallaşması dəstək olacaq şəxslərə də təşəkkür edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button