ArxivXəbər lentiXəbərlər

MTN-in “agent işi” xalqın milyonlarını hansı rəzil işlərə sərf etdiklərini göstərir

“Görün, nə qədər “qəzet redaktoru”, “hüquq müdafiəçisi”, “QHT rəhbəri”, “jurnalist”, “ekspert” MTN-dən pul alaraq, ailə hakimiyyətinin əbədiliyi üçün çalışıb, müxalifətə, vətəndaş cəmiyyətinə qarşı işləyib.

“MTN işi” məhkəməsində rejimin xeyli cinayəti ifşa olunur. Təkcə “agent işindən” keçmiş MTN rəhbərliyi 7.7 milyon manat mənimsəyib. Olan xərcləmələrin də hamısı anti-xalq mahiyyəti daşıyıb. İfşa materiallarının kiçik bir qismini təqdim edirəm. Mütləq tanış olun:

MTN-də 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaqa ifadəsində şəxsən özünün əlaqəsində olan agentlər və onlara ayrılan pullar haqda məlumat verib.

O bildirib ki, hüquq müdafiəçisi olan agentlə 2013-cü ilin oktyabr ayından münasibətlər yaradılıb. Noyabr ayından etibarən hər ay həmin şəxsə 2 min manat mükafat təyin edilib. Bu şəxsin 2014-cü ildə Strasburqa səfər xərclərinə görə 2500 manat ödənilib. O, ümumi xarakterli məlumatlar təqdim edib. 2015-ci ildən isə Hərbi Əks Kəşfiyyat İdarəsində Xidmətə rəsmi olaraq götürülüb.

İkinci agent isə QHT sədri olub. Onun rəhbəri olduğu ofisin saxlanılması, qəzetinin buraxılması üçün hər ay 6 min manat ödənilib, həmçinin, çoxsaylı səfərlərinin xərci qarşılanıb. Həmin şəxsə 2011-2015-ci illər ərzində 132 min manat, 6150 dollar və 2475 avro pul ödənilib.

Növbəti agent qəzet baş redaktorudur. Bu şəxs 2014-cü ilin yanvar ayından MTN-ə cəlb edilib. O, nazirliyə ötürdüyü bir məlumata görə (Tale Bağırzadənin “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat) 10 min manat mükafat alıb.

Agent “Əlizadə” isə 2014-cü ildə fəal istifadə olunduğuna görə 15 min manat mükafat alıb.

MTN-nin etibarlı şəxslərindən biri isə Azərbaycanın keçmiş naziri olub. Bu şəxsə ötürdüyü məlumatlara görə nazirlik tərəfindən 90 min manat pul ödənilib.

İstintaq materialında əlavə olaraq qeyd edilir ki, bəzi agentlərə heç bir ehtiyac olmadığı halda belə pullar ödənilib. Məsələn, kod adı “Samir” olan agentə 2013-cü il prezident seçkiləri ərəfəsində 4 ay ərzində 40 min, agent “Qəhrəman”a 2014-cü ildə 25 min manat mükafat verilib. Həmçinin, “Qəhrəman” fəal şəkildə əməkdaşlıq etdiyi üçün ona öncə 250 manat, sonra isə 600 manat aylıq maaş ödənilib.

Agentlərdən birinə isə böyük məbləğdə pullar ödənilib. Onun kod adı “Terminator” olub. Bu şəxsə 287 min avro, 5400 dollar və 12 min manat verilib. “Terminator” nazir müavini Hilal Əsadovun agenti olub.

Gördünüzmü, millətin boğazından kəsib, vergi, cərimə adı ilə büdcəyə cəlb edilmiş milyonlarla manat pul hansı rəzil işlər üçün xərclənirmiş?”

 
 
Mənbə : Nur.az.com
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button