AktualAktualArxivIslamSosialXəbər lentiXəbərlər

Müdafiə naziri: İran və Rusiya arasında hərbi əməkdaşlıq müsbət və irəliləməkdədir

Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi şənbə günü müdafiə və hərbi heyətlə Moskvaya səfər edib. İki ölkə arasında hərbi əməkdaşlığı dəyərləndirən nazir deyib: “İran və Rusiya arasında hərbi əməkdaşlıqlar tamamilə irəliləməkdədir və biz iki ölkə arasındakı əməkdaşlıqda mühüm məqamlar əldə etmişik.”

Qafqaz Həqiqətləri Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, şənbə günü Moskvaya səfər etmiş hərbi heyətə başçılıq edən müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi iki ölkə arasında hərbi əməkdaşlığı dəyərləndirərək deyib: “İran və Rusiya arasında hərbi əməkdaşlıqlar tamamilə irəliləməkdədir və biz iki ölkə arasındakı əməkdaşlıqda mühüm məqamlar əldə etmişik. Bu məqamların bir nümunəsi Hind okeanı və Oman dənizində İran, Rusiya və Çin arasında ortaq manevrin baş tutması idi.”

Müdafiə naziri əlavə edib: “Əlbəttə, bu il İran və Rusiya arasında əməkdaşlıq bir qədər koronavirus şəraitindən təsirləndi. Lakin ümumi olaraq, iki ölkə arasındakı əməkdaşlığı müsbət və irəliyə doğru dəyərləndirirəm.”

Sputnik müxbirinin: “Bu hərbi manevr bir daha keçirilə bilərmi?” sualına cavab verən müdafiə naziri deyib: “Korona xəstəliyi şəraitinə və səhiyyə protokollarına uyğun olmaqla biz bu manevrin yenə də baş tutmasına maraqlıyıq.”

Əmir Hatəmi daha sonra Rusiya səfərinin məqsədləri və səfər proqramı barədə açıqlama verərək deyib: “İnşallah, bu səfərdə hərbi konfrans və hərbi sərgidə iştirak edəcəyik, son hərbi nailiyyətlərlə tanış olacağıq, regional və ikitərəfli mövzular, habelə hərbi əməkdaşlıq barədə danışıqlar aparacağıq.”

Müdafiə naziri daha sonra deyib: “Hal-hazırda regional və beynəlxalq aləmdə baş verən hadisələrə görə çox xüsusi bir şəraitdəyik. Təbii ki, proqramımızın bir hissəsi də bu məsələyə aid olacaq. Koronavirusun yayılması şəraiti və protokollara riayət etməyin lüzumu üzündən müzakirələrin təxirlə həyata keçməsinə görə, yaranmış imkandan istifadə edərək bir sıra əməkdaşlıqlar mövzusunda da danışıqlar aparılacaq.”

Regional əməkdaşlıqlar və hərbi əməkdaşlıqların artırılmasında Rusiyanın rolu barədə sualı cavablandıran nazir deyib ki, biz iki ölkə (İran və Rusiya) texnoloji və hərbi irəliləyiş baxımından çox yaxşı vəziyyətdəyik.

General-mayor Əmir Hatəmi deyib: “Rusiyanın dost və onunla əməkdaşlığımızın artmaqda olduğuna diqqət etməklə, bu səfər bizim üçün yaxşı fürsətdir.

Bundan əlavə, hər iki ölkənin texnologiyalardan faydalanması səviyyəsinə diqqət etməklə texnoloji əməkdaşlıqlar (müasir hərbi texnologiya sahəsində əməkdaşlıq) da izlənəcək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button