AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Mübariz Qurbanlının xüms haqqında təəccüblü açıqlaması

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ölkə ruhanilərindən istəyib ki, sosial şəbəkələrdən istifadə edərək İlham Əliyev dövlətinin siyasətlərini təbliğ etsinlər. O həmçinin xümsün ölkədən qırağa çıxarılmamasına və təqlid mərcələrinə verilməməsinə təkid edib.

Qafqaz Mədəniyyət Mərkəzi – “Faktxəbər”-in verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının Ramazan ayının başlanması ilə bağlı keçirdiyi iclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: “Siyasilərlə bərabər din xadimləri də müstəqilliyimizə xələl gəlməyə imkan verməməlidir. Cümə xütbələrində hansı imamımız dini dəyərlərimizlə bağlı danışır? Bu onun borcudur, amma imam ölkəmizlə, prezidentimizlə bağlı xalqa çağırışlar edirmi? Ola bilməz ki, ətrafımızdakı hadisələrə biganə qalaq, reaksiya verməyək. Din xadimləri də mövqeyini ortaya qoymalıdır. Ola bilməz ki, rəhbər din xadimiyəm, yaşadığım dövlətin, düşmənin siyasəti ilə bağlı heç nə deməyim. Biz istəyirik ki, din xadimlərimiz öz mövqeyini açıqlasın. Ancaq görürük ki, bəzi din xadimləri tərəddüd edir, dövlət, dövlətin siyasəti ilə bağlı cümə namazlarında, xütbələrində demirlər.”

  1. Qurbanlı əlavə edib: “Biz başqa dövlətlərdə də bütün bunları görürük. İslam yaranandan bu mövcuddur. Bu halda niyə tərəddüd olmalıdır?”

M.Qurbanlı din xadimlərinin gənclərin narkomaniya, zərərli vərdişlərdən uzaqlaşdırılması sahəsində fəallığının zəruri olduğunu vurğulayıb: “Keşiş də, ravvin də dini mərasimlərdə belə hallarla bağlı fikirlərini deyir. Din xadimlərimizin məsciddə dediyi sözlərin daha böyük təsiri var. Məsələn, intiharların dinimizdə yolverilməz olduğun deməyin nəyi pisdir? Bizim dinimiz saf bir dindir. Dini dəyərlərimizi gözdən salmaq istəyənlərə də din xadimləri cavab verməlidir”.

Komitə sədri qeyd edib ki, xüms, zəkatı hər kəs öz məscidinə verməlidir: “Bu, həmin yerdə yaşayan əhalinin dini tələbatının ödənməsinə sərf olunmalıdır. Xüms, zəkat ölkədən kənara çıxmamalıdır. Bilirəm ki, xüms, zəkatın də şərti var. Ancaq belə etsək, məncə, Allah da bizim əməlimizi qəbul edər!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button