ArxivXəbər lentiXəbərlər

Dua elə, başım hərəmin yolunda kəsilsin – İranlı hərəm müdafiəçisi

Amerikanın hava zərbəsindən sonra hücuma keçən İŞİD iranlı könüllü döyüşçünü əsir alaraq başını kəsib.
Terrorçularla mübarizə aparan Həşdi Şəbiyə bağlı olan Seyyidüş-şühəda (İmam Hüseyn) ordusu İraqın Suriya ilə sərhəd Əkaşat şəhərində Amerikanın havada hücumuna məruz qalıb. Hava hücumundan azca sonra isə İŞİD yerdən hücuma keçib. Nəticədə əksəri iraqlı olan 50-yə yaxın hərbiçi həlak olub. Amerikanın hava zərbəsindən sonra hücuma keçən İŞİD iranlı könüllü döyüşçünü əsir alaraq başını kəsib.
Amerika tərəfi isə uyğun tarixdə heç bir hava əməliyyatı keçirmədiyini iddia edib.
İŞİD-in İraqda əsir alıb, başını kəsdiyi iranlı könüllü döyüşçünün dostu ilə əsir olmazdan öncə son mesajlaşması mediada maraq doğurub.
Şəhid Mohsin Höcəcinin, hava limanından dostu ilə yazışması:
-Salam Hacı, biz gedirik haqqını halal et.
– Necəsən? Yenə gedirsən? Yenə tək gedirsən? Belə qərarlaşmışdıq ki, bu dəfə birlikdə gedək. Sən tənha gedən deyildin axı.
– Qardaş, aparacağıma söz verirəm, qardaşlığımıza and olsun. Gedim gəlim söz verirəm səni ya Yəmənə ya Suriyaya aparacam.
– İnşallah Hacı, bax söz verdin. İnşallah qayıt, istəyirəm toyumda sağdışım olasan. İnşallah birlikdə də şəhid olarıq.
– Dua elə, başım hərəmin yolunda kəsilsin. Ya Əli!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button