ArxivIslamSosialXəbər lentiXəbərlər

Moskvada Azərbaycan restoranlarına hücumla əlaqədar 8 erməni həbs edilib

Moskvada ermənilər və azərbaycanlılar arasında bu yaxınlarda baş verən qarşıdurmalardan sonra 1000-ə yaxın erməni saxlanılıb. Onların əksəriyyəti protokol tərtib edildikdən sonra azad edilib, 15 nəfər 1000-1500 rubl inzibati cəriməyə məruz qalıb, 8 nəfər 2 aylıq istintaq müddəti üçün həbs edilib. Bu barədə “Aykakan jamanak” qəzetinə Rusiya Erməniləri İttifaqının Moskva ofisinin rəhbəri Şagen Petrosyan bildirib.

“Saxlanılanların böyük hissəsi Ermənistan bayrağı ilə Moskvada gəzənlər idi. İcazəsiz aksiyalar keçirilməsinə görə onlar barəsində protokollar tərtib edilib. “Bakinskiy dvorik” və “Tısyaça odna noç” Azərbaycan restoranlarına hücum edənlər həbsdə saxlanılır.

Həbs edilənlər RF CM-in 213-cü – xuliqanlıq, silah və ya digər əşyalardan istifadə ilə ictimai asayişin pozulması maddəsi ilə ittiham olunur.

Ermənilərə hücum faktlarına görə də azərbaycanlılar saxlanılıb, onlardan 7 nəfəri adam öldürməyə cəhddə ittiham olunur, deyə Petrosyan bildirib.

Xatırladaq ki, Rusiya paytaxtında qarşılıqlı hücumlar 12-14 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatlarından sonra baş verib.

İlk olaraq ermənilər Los Ancelesdə, daha sonra isə Brüsseldə Azərbaycan səfirliyinə hücum ediblər. Bu zaman Azərbaycan diasporasının bir neçə nümayəndəsi döyülüb. Buna cavab olaraq Rusiya ərazisində azərbaycanlılar erməniləri döyməyə başlayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button